Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:33

«WikiLeaks»in məlumatları ilə bağlı cinayət işi açılıb


WikiLeaks saytı, 28 noyabr 2010
WikiLeaks saytı, 28 noyabr 2010
ABŞ WikiLeaks saytının yaydığı məlumatlarla bağlı araşdırmalara başlayıb. Ədliyyə naziri Erik Holder noyabrın 29-da Vaşinqtonda keçirdiyi mətbuat konfransında bildirib artıq cinayət işi açılıb və fəal istintaq gedir.
Ədliyyə naziri Erik Holder

WikiLeaks-in dünəndən dünya mediasının gündəmindən düşməyən məlumatlarında ABŞ diplomatlarının Dövlət Departamentinə göndərdiyi gizli məktublar olduğu iddia edilən sənədlərdən bəhs olunur.

Həmin sənədlər arasında ABŞ rəsmilərinin prezident İlham Əliyevlə görüşlərindən qeydlər adlanan məktublar da var.

Nazir bildirir ki, saytın yaydığı məlumatlar ABŞ-ın milli təhlükəsizliyini risk altında qoyur:

“Daha da konkretləşdirsək, bu məlumatlar ya diplomatiya, ya kəfiyyat, ya da digər sahələrdə bizim ölkəmiz üçün çalışan insanların həyatına təhlükə yaradır. Bu eyni zamanda bizim üçün vacib olan dünyadakı müttəfiqlərimizlə əlaqələrimizi risk altında qoyur”.

Nazir hələlik WikiLeaks-in bu işdə sadəcə bir xəbər toplayan təşkilat, kütləvi informasiya vasitəsi rolunda çıxış edib-etmədiyi barədə qəti qərarları olmadığını bildirib.

Dövlət Katibi Hillari Klinton da bugün keçirdiyi mətbuat konfransında həssas informasiyaların necə oğurlandığını çox ciddi şəkildə araşdırdıqlarını deyib: “Mən göstəriş vermişən ki, Dövlət Departamentinin məlumatlarının Müdafiə Nazirliyində daha etibarlı qorunması təmin edilsin. Mühafizə elə təşkil edilməlidir ki, bir daha bu cür məlumatların yayılması mümkün olmasın.”

Dövlət Katibi qeyd edib ki, diplomatlar arasında şəxsi söhbətlər ölkənin siyasi kursunu müəyyən etmir. Vaşinqtonun siyasi kursunu onun rəsmi çıxışları və atdığı addımlar göstərir: “Hər bir ölkə, o ölkənin, o cümlədən də ABŞ-ın əməkdaşlıq etdiyi insanlar və
Dövlət Katibi Hillari Klinton
ölkələrlə səmimi söhbətləri ola bilər. Hər bir ölkə kimi ABŞ da ümumi problemlərlə bağlı səmimi, şəxsi dilaoqlar apara bilər.

İstənilən işdə, istər hüquqşünas, istər jurnalist, maliyyəçi, həkim, ya da kiçik biznes sahibi olsun, hamı hansısa səviyyədə gizli mənbələri ilə işləyir. Belə mənbələrlə etibarın itirilməsi bizim hamımızı pis vəziyyətdə qoya bilər. Belə açıqlanmayan mənbələr ictimai maraqların ziddinə deyil, əksinə ictimaiyyətin xidmətində daha yaxşı durmaq üçündür”.
Hillari Klinton əlavə edib ki, gizli məlumatları oğurlayıb onun mümkün nəticələrini düşünmədən yaymaq ictimai maraqlara xidmət edə bilməz.

Dövlət katibi deyib ki, bu cür məlumatlar insanların həyatını təhlükəyə salır, başqa ölkələrlə ortaq problemlərin həllinə çətinliklər yaradır.
XS
SM
MD
LG