Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:24

«Gənclər işi 2011-ci ildə daha məhsuldar olacaq»


“Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BşGİBİ) 2011-ci ildə gənclər sahəsindəki işini daha da məhsuldar edəcək”.

Bu barədə idarənin rəisi Raqif Abbasov deyib. O bildirib ki, gələn ilin ilk hadisəsi 20 Yanvar faciəsidir ki, onunla bağlı idarə bir sıra tədbirlər həyata keçirməyi planlaşdırır. Onun sözlərinə görə, gələn il faciənin 21-ci ildönümü olduğuna görə, qurum tərəfindən keçirilən tədbirlər əvvəlki illərə nisbətən daha fərqli olacaq.

Raqif Abbasov deyib ki, 2011-ci ildə Tələbə Gənclər Təşkilatları arasında işlər beynəlxalq əlaqələrin yüksəldilməsi üzrə qurulacaq:

“Hər il olduğu kimi gələn il də orta, peşə məktəbləri, əlil və fiziki qüsurlu uşaqlarla işimizi davam etdirəcəyik. Bundan əlavə növbəti ildə işimizi ali təhsil ocaqlarındakı gənclərlə daha maraqlı və dolğun edəcəyik. Biz həmin gənclərlə əlaqələrimizi tədbirlər, əməkdaşlıq zəminində zənginləşdirməyi planlaşdırırıq. Gənclər siyasəti üzrə beynəlxalq konfranslar, ezamiyyətlər gələn il də davam edəcək. Bu sahədə Türkiyə, İran, Rusiya ilə ikitərəfli əməkdaşlığımız mövcuddur. Gələn il bu işləri Bolqarıstan, Macarıstan, Polşa və digər bu kimi ölkələrlə etməyi nəzərdə tutmuşuq”. /SIA/
XS
SM
MD
LG