Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:20

«Azərbaycan Belarus və Qazaxıstanın yolu ilə gedir»


Elxan Şahinoğlu
Elxan Şahinoğlu
İmitasiya yaratmaqdansa, yəni Mərkəzi Asiyada guya seçkilər keçiriləcək və hakimiyyətdə olan şəxs 95 faiz səs toplayaraq yenidən prezident olacaq, bundansa prezidentlik müddətinin uzadılmasına qərar vermək daha yaxşıdır.

AzadlıqRadiosunun “İşdən sonra” proqramında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Qazaxıstanda prezidentin ömürlük olması ilə bağlı səslənən təklifə münasibət bildirərkən belə deyib. O deyib ki, bu təklif daha səmimi görünür:

BELARUS VƏ QAZAXISTANIN YOLU İLƏ GEDİRİK


“Prezident üsul-idarəsini uzatmağın iki yolu var. Ya bunu Qazaxıstan və Türkmənistandakı kimi edirsən - prezident ömürlük vəzifədə qalır. Ya da Azərbaycandakı kimi Konstitusiyanı dəyişdirirsən və nə qədər istəyirsən prezident seçilə bilirsən. Azərbaycanda insan azadlıqları və demokratiyadan danışılır. Ancaq bizdə bu gedişatla Belarus və Qazaxıstanın yolu ilə gedirik”.

Politoloq İlqar Məmmədov isə deyir ki, Nursultan Nazarbayevin Qazaxıstanın bu dövründə kürsünü təhvil verməsi ağlabatan deyil:

NAZARBAYEV SORUŞA BİLƏR

“Qazaxıstanda neft bayramı hələ təzə-təzə başlayır. Ən böyük gəlirlər bundan sonra başlayacaq. Bu elə bil ki məqamdır. Yaxın 5-10 il ərzində Qazaxıstana çox böyük miqdarda vəsait gələcək. Nazarbayev soruşa bilər ki, mənim prezidentliyim dövründə bunun təməli qoyulubsa, nə üçün bir başqası gəlib bu milyardlarla pulu yeməlidir, oğurlamalıdır? Mən niyə oğurlamalı deyiləm?”.

İlqar Məmmədov
İlqar Məmmədov Azərbaycanla Qazaxıstan arasında oxşar proseslərin getdiyini də deyib:

NƏ QƏDƏR O GƏLİRLƏR VAR...

“Seçkilər nominal rol oynayır. Bunun nəticəsi pis olacaq. Tarix hər halda belə göstərib. Əgər pis olmasa, demək Azərbaycan istisnadır. Buna o qədər də inanmağım gəlmir. Azərbaycanda oxşar proses gedir. İndi Azərbaycanda neft-qaz istehsali satışı dövrünün ən yüksək pilləsinə daxil olub. Azərbaycan hazırda o gəlirlərin zirvəsindədir. Və siyasi zirvədə olan şəxs özünü çox rahat hiss edir. Nə qədər o gəlirlər var, o özünü rahat hiss edəcək. İstənilən problem çıxan kimi onu pulla yatırdırlar”.

Elxan Şahinoğlu isə deyib ki, cəmiyyət situasiyanı dəyişmək iqtidarında olsa da, vəziyyət buna imkan vermir:

“Azərbaycan insanının müqavimət gücü artsa, indiki situasiyanı dəyişmək iqtidarında ola bilər. Sadəcə, vəziyyət elə alınıb ki, passivlik, ictimai müqavimətin az olması, müxalifətin və digər qurumların zəiflədilməsi - bütün bunlar ümumi prosesə təsir edir”.

XS
SM
MD
LG