Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:50

"Apple" rəhbəri Steve Jobs xəstəlik məzuniyyətinə gedir


U.S. -- Apple CEO and co-founder Steve Jobs shows off the new Macbook Air ultra portable laptop during his keynote speech at the MacWorld Conference & Expo in San Francisco, 15Jan2008
U.S. -- Apple CEO and co-founder Steve Jobs shows off the new Macbook Air ultra portable laptop during his keynote speech at the MacWorld Conference & Expo in San Francisco, 15Jan2008
"Apple" şirkətinin icraçı direktoru Steve Jobs yanvarın 17-də əməkdaşlarına yazdığı məktubda şirkəti müvəqqəti idarə edə bilməyəcəyini açıqlayıb. Səhhəti ilə bağlı işdən ayrıldığını yazan Jobs strateji qərarların qəbul olunmasında iştirakının davam etdirəcəyini də bildirib.

Direktorlar şurası Jobsun müvəqqəti olaraq işdən kənarlaşması haqda qərarı qəbul edib.

Jobsun vəzifəsini şirkətin əməkdaşı Tim Kuk (Tim Cook) yerinə yetirəcək.

Steve Jobs hələ 2004-cu ildə xərcəng xəstəliyinə tutulduğunu elan etmişdi. 2006-cı ildə onun xərcəngə qalib gəldiyi elan edilsə də, "Apple" rəhbəri bir neçə dəfə müalicələrdən keçməli olmuşdu.

2008-ci ildə Bloomberg agentliyi hətta onun ölümü ilə bağlı nekroloq da hazırlamışdı. Lakin səhhətini bərpa edən S.Jobs yenidən geri qayıdaraq "Mənim ölümüm haqda şaiyələr bir qədər şişirdilib" deyə Mark Twainin məşhur kəlamını təkrar etmişdi.

2009-cu ilin yanvarında altıaylıq xəstəliyə görə məzuniyyətə gedən Steve Jobsun qaraciyətində əməliyyat olunmuşdu.

İndi onun xərcənginin geri qayıtdığı haqda şaiyələr "Apple"in Frankfurt birasında aksiyalarının 6 faizdən də artlq ucuzlaşması ilə nəticələnib. New York birjası bazar ertəsi işləmədiyindən Jobsun xəstəlik məzunyyəti haqa xəbərə reaksiyanı yanvarın 18-də göstərəcəyi ehtimal olunur. 55 yaşlı Jobs “Apple” şirkətində həddən artıq vacib bir fiqur sayılır və şirkətin son illərdəki uğurları onun adı ilə bağlanır.
XS
SM
MD
LG