Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:25

Nemət Pənahlının evində axtarış aparılıb


Yanvarın 8-də polis Nemət Pənahlını və yaxın dostu Ceyhun Fərzullayevi saxlayıb
Yanvarın 8-də polis Nemət Pənahlını və yaxın dostu Ceyhun Fərzullayevi saxlayıb
NEMƏT PƏNAHLININ QARDAŞI SAXLANMAYIB

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov AzadlıqRadiosuna bildirib ki, Nemət Pənahlının qardaşının polis tərəfindən saxlanması xəbəri həqiqətə uyğun deyil:

«Sadəcə qaldırılan cinayət işinin istintaqı ilə əlaqədar dindirilməyə dəvət olunub, ifadə verib. Artıq ifadə verən şəxs evindədir».

NEMƏT PƏNAHLININ QARDAŞI DA POLİSƏ ÇAĞIRILIB

Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının qardaşı Səməd Pənahlı polisə çağırılıb.

Oğlu Pənah Pənahlının AzadlıqRadiosuna verdiyi məlumata görə, o, hazırda Nəsimi rayon Polis İdarəsində izahat verir:

«Əmimi xuliqanlıq üstündə tutublar, evində nə axtarış aparırlar? Qardaşını niyə tutublar, bu da məlum deyil. Hansı əsasla? Bu, birbaşa hakimiyyətin sifarişidir».

Pənah Hüseynlinin qardaşının polisə çağırıldığını vəkil Elçin Sadıqov da təsdiqləyib, ancaq səbəbindən xəbərsizdir:

«Görünür, sifariş odur ki, qardaşı da məsuliyyətə cəlb olunsun».

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə bildirdilər ki, S. Pənahlının polisə çağırılması haqda məlumatları yoxdur.

Yanvarın 18-də N. Pənahlının evində axtarış aparılıb, ona məxsus videokassetlər, disklər və qəzetlər aparılıb. Vəkil E. Sadıqov hesab edir ki, informasiya daşıyıcılarının aparılmasında məntiq yoxdur:

«Qanun normal məntiqə əsaslanmalıdır... Bunlar xuliqanlıqla bağlı cinayət işi qaldırırlar, gəlib informasiya daşıyıcılarını aparırlar. Görünür ki, burda başqa məqsəd var. Xuliqanlıqla bağlı yoxlama olsaydı, informasiya daşıyıcılarını yox, qapının tutacaqları və kranın başını aparmalı idilər».

vəkil Elçin Sadıqov
Zərərçəkən deyir ki, onu qapının tutacağı və ya kranın başı ilə vurublar.

NEMƏT PƏNAHLININ EVİNDƏ AXTARIŞ APARILIB


Yanvarın 18-də xalq hərəkatının liderlərindən olan Nemət Pənahlının evində axtarış aparılıb.

«Musavat.com»a açıqlamasında Nemət Pənahlının qardaşı oğlu Pənah Pənahlı deyib ki, saat 19:30 radələrində 11 mülkü geyimli şəxs evə gələrək axtarışa başlayıblar. Onlar Nemət bəyə məxsus videokassetləri, diskləri və qəzetləri aparıblar.

«Arxivdə Nemət Pənahlının siyasi çıxışları olan videokassetlər də var».
Axtarış zamanı Nemət Pənahlının mənzilində olan vəkil Elçin Sadıqov prosesin təxminən iki saat çəkdiyini deyib. Axtarışı Nəsimi rayon Polis İdarəsinin əməkdaşları aparıb.

Yanvarın 8-də polis Nemət Pənahlını və yaxın dostu Ceyhun Fərzullayevi saxlayıb. Səbəb yanvarın 7-də vətəndaş Eldar Rzayevin onlardan şikayəti olub. Şikayətçi deyir ki, Nemət Pənahlı və Ceyhun Fərzəliyev Bakının Mirəli Qaşqay küçəsində onu döyüb, metal əşya ilə zərbə endiriblər.

Nəsimi rayon Məhkəməsi yanvarın 10-da Nemət Pənahlı və Ceyhun Fərzullayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçilməsi haqqında qərar çıxarıb. Onlar Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) ittiham olunurlar.

Yanvarın 17-də Bakı Apellyasiya Məhkəməsi Nəsimi rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Nemət Pənahlı və Ceyhun Fərzullayev Bakı İstintaq Təcridxanasında saxlanırlar.

Yaxınları Nemət Pənahlının həbsini «p.s. Nota» qəzetinə açıqlamalarında hakimiyyətin ünvanına kəskin fikirlər səsləndirməsi, Heydər Əliyevlə şəxsi münasibətləri barədə danışması ilə izah edirlər.
XS
SM
MD
LG