Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:37

Avropa parlamrnti Belarusu pisləyən qətnamə qəbul edib


Avropa parlamenti Belarusda müxalifətin təqib olunmasını pisləyən və ölkədə azad və demokratik seçkilər keçirməyə çağıran qətnamə qəbul edib.

Bundan əvvəl bir qrup amerikalı senator Avropa Birliyini Belarusa qarşı birgə tədbirlər görməyə çağırmışdı.

Senatorların Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Caterina Ashtona göndərdikləri məktubda Belarus prezidenti Aleksandr Lukaşenko, digər ölkə rəsmiləri və dövlət şirkəti olan “Belneftexim” in rəhbərliyinə qarşı sanksiyaların bərpa edilməsinin vacibliyi qeyd olunur.

Senatorlar həmçinin Belarusdakı insan haqları qrupları, siyasi və ictimai təşkilatları dəstəkləməyə çağırıblar.
XS
SM
MD
LG