Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:52

Andreas Gross Azərbaycanla Tunisi müqayisə edib


Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanda ötən ilin noyabrında keçirilmiş parlament seçkisinin müzakirəsi başlayıb. Seçkiləri müşahidə missiyasından Tadeusz Iwinski çıxışında bildirib ki, ümumilikdə bu seçki prosesi AŞPA-nın standartlarına əməl edilməsi sahəsində irəliləyiş olub. Amma müşahidə missiyası hesab edir ki, Azərbaycanda ümumi demokratik konsensusun əldə edilməsi üçün daha çox iş görülməlidir:

- Seçki günü ümumilikdə sakit şəraitdə keçib. İctimai TV-də hər bir namizədə 4 dəqiqə efir vaxtı verilib. Amma xarici ölkələrdə yaşayan xeyli sayda azərbaycanlı öz ölkələrinə dönmədən səs verə bilməyiblər. Namizədlərin bir qismi qeydə alınmayıb. Biz siyasi partiyaların bu seçkidə fəal iştirakını görmədik. Komitəyə səslərin saxtalaşdırılması, namizədlərə təzyiqlər və hakimiyyədən sui-istifadə barədə şikayətlər daxil olub.

Müzakirələr zamanı çıxış edən Azərbaycanda insan haqları üzrə keçmiş həmməruzəçilər Andreas QrossAndreas Herkel Azərbaycanda bu parlament seçkisində demokratik normalara əməl olunmadığını deyiblər.

İngiltərə və Rusiyadan olan deputatlar isə Azərbaycanın seçki prosesində uğurlar olduğunu deyiblər.

Azərbaycan və Tunisi nə birləşdirir?

İsveçrədən olan Andreas GROSS deyib ki, Azərbaycan, Moldova, Belarus, Albaniya, Macarıstan, Tunis kimi ölkələri bir şey birlşdirir, demorkatiyanın böhranı və hakimiyyətin bölgüsü problemi:

“Onların bir ümumi tərəfi var. Demorkatiyanın böhranı. Hakimiyyət bölgüsü demorkatiyanın ən vacib özəlliyidir. Ədalətli seçki yoxdursa, hakimiyyətin ədalətli bölgüsündən də söz gedə bilməz. əgər sən Azərbaycan və Belarusda olduğu kimi, müxalifətə səsini çıxarmağa imkan vermirsənsə, işlət hakimiyyətin ədalətli bölgüsü siteminin olmadığını göstərir. Və Tunisdəki kimi, unudanda ki, demokratiya hakimiyyəti həm də vətəndaşlara verməkdir, o zaman qanlı inqilablar baş verir”.

Rusiya və Britaniyalı deputatların razılığı

Qrossdan sonra çıxış edən Rusiyalı və Britaniyalı deputatlar isə, Azərbaycanda keçirilən seçkiləri dəstəkləyiblər.

Rusiyalı Konstantin KOSACHEV deyib ki, "Seçkiləri yaxşı, ya da pis qiymətləndirmək düzgün deyil, onların ümumi dinamikasına baxmaq lazımdır. Dinamikaya baxanda isə, həm Azərbaycan, həm də Moldovadakı seçkilər yaxşı keçdiyini demək olar".

Britaniyalı deputat Michael HANCOCK deyib ki, "Azərbaycanda seçkilər çoxluğun gözləntilərinə cavab verdi".

HANCOCK əlavə edib ki, Amma Qafqazda demorkatiyadan danışanda, münaqişələri - məsələn Dağlıq Qaabağ münaqişəsini də unutmaq olmaz. Bu problemlə məşğul olmaq lazımdır, çünki Qarabağ məsələsi seçki təbliğatında yer alırdı. O əminliyini bildirib ki, "Azərbaycan hakimiyyəti və yeni parlamenti bu məsələni də həll etmək bacarığına malik olacaqlar".

Moldovadan Grigore PETRENCO və Estoniyalı Andress HERKEL AŞPA Müşahidə missiyasının rəyi ilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəyləri arasında fərqi araşdırmağın vacibliyini, və kooordinasiya məsələsini də önə çəkdilər.

"AŞPA-nın rəyi həddən artıq pozitivdir"

İsveçdən olan deputat və parlament seçkilərində müşahidə missiyasının tərkibində də olan Marietta de POURBAIX-LUNDIN-sə AŞPA-nın hesabatını həddən artıq pozitiv adlandırıb.

O deyib ki, "Azərbaycandakı seçkilər ola bilər ki, ötən dəfəkindən yaxşı keçirilmişdi. Amma mənim fikrimcə, bizim dinlədiyimiz hesabatın ümumi tonu bizim qrupun seçki günü, xüsusən də səsvermə zamanı müşahidə elədiyinə baxanda, çox pozitivdir. Azərbaycan xalqının doğurdan da azad seçim imkanı olduğunu demək çox çətindir. Mən digər həmkarımla birgə müşahidə missiyasının hesabatına dəyişiklik edilməsi üçün müraciət etdim, amma təssüf ki bunu diqqətə alan olmadı. Bu çox pisdir, mənim üçün yox, Azərbaycan xalqı üçün".

Xanım Lundin əalvə edib ki, səsvermə zamanı pozuntuları özü müşahidə edib, səslərin sayılmasına müdaxiləni görüb, kvorumun 25 faizdən də az olduğunu düşünür və s.

"Azərbaycan nefti və qazının seçki rəyinə təsiri"

Fransalı deputat Jean-Claude FRÉCON seçkiylə bağlı deyib ki, "Bütün iştirakçılara bərabər şərait yaradılmamışdı, seçkilər demokratiya yolunda önəmli irəliləyiş olmadı. Və Təəssüf ki, Azərbaycanın strateji mövqeyi, İranla qonlşuluğu, nefti və qazı bizim rəyimizi təhrif edir".

Azərbaycanın cavabı

Azərbaycanın nümayəndə heyətindən Fəzail İbrahimli isə çıxışında diqqəti Qarabağ münaqişəsinə yönəldərək bildirib ki, seçki bu münaqişənin yaratdığı gərginlik mühitində keçirilib. İbrahimli bəzi yanaşmaların ədalətliliyinə də şübhə edib.Çıxşını belə bitirib ki, "Avropa Ailəsində bir olacaqsaq, sonuna kadar adil olalım".

Müzakirələr hələlik davam edir.

Ötən həftə Azərbaycanda fəaliyyət göstərən 20 insan haqları təşkilatının rəhbəri də bu seçki ilə bağlı AŞ PA-ya müraciət edib. Müraciəti imzalayan vətəndaş cəmiyyəti nümayəndələri hesab edirlər ki, ATƏT və AŞPA missiyalarının rəhbərləri Volfqanq QrossrukPaul Ville noyabrın 8-də mətbuat konfransında Missiyanın ilkin qiymətləndirməsindən kənara çıxıblar və qeyri-obyektiv olublar. Ona görə də AŞPA bununla bağlı Azərbaycan ictimaiyyətinə öz mövqeyini ifadə etməlidir.
XS
SM
MD
LG