Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:46

Medvedev korrupsiya mübarizəsindən çəkilməyəcəyini deyir


Dmitri Medvedev Davosda Dünya İqtisadi Forumunda, 26 yanvar 2011
Dmitri Medvedev Davosda Dünya İqtisadi Forumunda, 26 yanvar 2011
Rusiya prezidenti Dmitri Medvedev bildirib ki, ölkədə korrupsiyanın bir, ya iki ilə aradan qalxacağı barədə bir illüziyaları yoxdur. Amma heç olmasa, bu mübarizəyə başlamağın özü uğurdur.

Davosda iqtisadi forumda çıxışında Medvedev qeyd edib ki, artıq hökumət işçilərinin öz əmlakları barədə bəyannamə vermələri qanuni norma olub: «Bu, əlbəttə, rəvan gedən bir proses deyil, hamı bu bəyannaməni verməyə hazır deyil. Amma belə bəyannaməni vermək artıq bizim həyatımızın bir hissəsinə çevrilir».

Medvedev həmçinin deyib ki, gələcəkdə məhkəmə sistemində də dəyişikliklərin edilməsinə çalışacaqlar.

Medvedev yanvarın 26-da «Vedomosti» qəzetinə müsahibəsində də bildirib ki, hələlik korrupsiya ilə mübarizədə ciddi uğurlar yoxdur, amma başlanan mübarizədən geri də addım atmayacaq: «Bəziləri gəlib məni inandırmağa çalışır ki, bu ideyadan vaz keçməliyəm. Onların arqumenti budur ki, sən bir ilə, iki ilə, hətta, prezidentlik müddətinin sonuna qədər bir nəticə əldə edə bilməzsən. Amma bu fikirlər hərəkət eləsən, heç vaxt korrupsiya ilə mübarizəni başlaya bilməzsən», – deyə Medvedev qəzetə bildirib.

«Transparency Internetional» təşkilatının hesabatlarında görə Rusiyada korrupsiya Azərbaycandakı səviyyədən 20 pillə çoxdur. 2010-cu ilə dair hesabata görə korrupsiyanın səviyyəsinə görə Rusiya 178 ölkə arasında 154-cü, Azərbaycan isə 134-cü sırada qərarlaşıb.

Dmitri Medvedev vəziyyəti dozulməz adlandırıb və bütün hökumət işçilərindən var-dövlətləri haqqında bəyannamə vermələrini tələb edir.
XS
SM
MD
LG