Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:59

Nahid Hacıyev "Yumulmayan sözlər" (Hekayə)


Qu­la­ğın­da an­la­ma­dı­ğı cüm­lə­lər rəqs edir, göz­lə­ri gah ye­rə zil­lə­nir, gah da so­yuq daş­la­rın üzə­rin­də üşü­yür­dü.

Ba­xış­la­rın­da özü­nə agah ol­ma­yan yor­ğun­luq, san­ki nə­yə­sə təs­lim olun­muş ki­mi ifa­də var idi.

Bu­nun ne­cə ol­du­ğu­nu hiss et­mə­di - qar­nı­nın üzə­rin­də dü­yün­lən­miş əl­lə­ri bir-bi­rin­dən ay­rıl­dı, üzü qı­zar­dı.

Qa­lın pal­ta­rı­nın al­tın­da tu­mar­lan­mış tük­lə­ri biz-biz ol­du, bə­də­nin­də xə­fif bir gi­zil­ti hiss et­di.

Hey­rət­lən­mə səh­nə­si­ni mə­ha­rət­lə oy­na­ma­ğa ça­lış­dı.

Üzü­nü qı­zar­da­caq ifa­də­lər gəz­di, bü­tün cəh­di ilə hə­ya­ca­nı­nı tə­sir­li bir şə­kil­də gös­tərm­yə ça­lış­dı... is­tə­sə, ye­rin­dən tər­pə­nə bi­lə­cə­yi­ni an­la­dı, an­caq özü­nü elə gös­tər­di ki, gu­ya kim­sə onu ya­rım me­tir ye­rə bas­dı­rıb.

Əta­fın­da­kı on­lar­ca adam bir an­da yo­xa çıx­mış­dı, an­caq bi­lir­di ki, hər kəs öz ye­rin­də­di.

Göz­lə­ri mon­taj olun­muş film ki­mi la­zım­sız səh­nə­lə­ri kə­sib çı­xar­ma­ğa baş­la­dı.

Ye­rə bas­dı­rıl­mış ayaq­la­rı­nı ne­cə ol­du­sa unut­ma­dı­ğı il­lər­də, kü­çə­lər­də gəz­di­yi­ni hiss et­di.

Be­lə­cə bi­rin­ci səh­nə­nin ma­hir ifa­çı­sı öz işi­ni ye­ri­nə ye­tir­di.

Da­ha doğ­ru­su, qon­şu­su­nun onun çiy­ni­nə "ge­di­rik" de­yib to­xun­du­ğu an ona elə gəl­di ki, re­jis­sor bi­rin­ci səh­nə­yə "stop" de­di.

Gəl­dik­lə­ri ma­şı­na mi­nib daş-kə­sək­li yol­la eniş aşa­ğı enən­də özü­nü hə­lə də ba­yaq dur­du­ğu yer­də gör­dü.

- Bu baş­qa­sı ola bil­məz, mən onu gö­rən ki­mi ta­nı­dım - O, dos­tu­nu gör­cək dil­lən­di - ... İl­lər ke­çib, am­ma heç də­yiş­mə­yib...

Dos­tu­nun "Ə­min­sən odu?" sö­zü­nü eşi­dən ki­mi - O, mə­nə ba­xır­dı, bu ba­xış­la­rı lap uzaq­dan da ta­nı­ya­ram.

Onu gör­dü­yü­mə se­vin­mək­dən çox onun­çün ne­cə da­rıx­dı­ğı­mı hiss et­dim.

Əli­min əs­di­yi­ni, dö­yün­tü­sü­nün az­lı­ğın­dan hə­ki­mə şi­ka­yət et­di­yim ürə­yi­min hə­yə­can­lı "dub-dub" sə­si­ni eşit­dim...

Yox, bu baş­qa­sı ola bil­məz­di. Onu gör­dü­yü­mə se­vin­mək­dən çox, in­ti­za­rın, ay­rı­lı­ğın ne­cə can ağ­rı­dan bir şey ol­du­ğu­nu hiss et­dim.

Ça­rə­siz­li­yi­mə, güc­süz­lü­yü­mə, özü­mə ya­zı­ğım gəl­di.

O, isə bun­la­rı hiss edir­miş ki­mi, sa­kit­cə mə­nə ba­xır­dı... uşaq­lıq­da bax­dı­ğı ki­mi ba­xır­dı... O, mə­nim keç­mi­şim idi, üzü sol­ğun və...

Mər­mər göz­lə­ri­nin için­də bir an­lıq uşaq­lı­ğı­mı­zı gör­düm. Elə bil heç vaxt yat­ma­yan göz­lə­rin­də uşaq­lı­ğı­mı­zı giz­lət­miş­di.

Bu­nu hiss et­mək his­si­ni de­mək üçün nə­sə hiss edə bil­mi­rəm. Hə­yət­də pal­çıq­la, tor­paq­la oy­na­dı­ğı­mız uşaq­lıq...

Bi­lir­sən, mən bun­ca il­lər­dən son­ra onu ne­cə sev­di­yi­mi hiss et­dim. Ömür bo­yu içim­də qa­lan kəm­li­yin sə­bə­bi­ni gör­düm.

Hə­yat yol­da­şı­mın üzü­nə bax­dıq­ca hiss et­di­yim sev­gi­siz­li­yin sə­bə­bi­ni al­nal­dım.

Nə­dən ömür bo­yu ona ar­vad de­di­yi­mi, nə­dən onun ar­vad­lı­ğı­nın sa­də­cə uşaq doğ­maq, ev yı­ğış­dır­maq, pal-pal­tar yu­maq ol­du­ğu­na inan­dı­ğı­mı an­la­dım.

Bun­ca il­dən son­ra dü­nən, onu gör­dü­yüm gün ba­şa dü­şə­cək­dim ki, o, mə­nim tor­pa­ğı sev­di­yim qə­dər mə­ni se­vir­miş. Sev­mə­di­yi tor­pa­ğı.

Mən isə bu sev­gi­ni, bu fə­da­kar­lı­ğı gör­mə­yə­cək qə­dər uşaq idim.

O isə uşaq ol­ma­sı ilə ya­na­şı mə­nə ya­xın ol­maq üçün hər şe­yi nə­zə­rə al­caq qə­dər bö­yük imiş - Dos­tu çə­nə­si­ni bü­zə­rək, aram­sız eti­raf­la­rın için­də uşaq­lıq il­lə­ri­ni xa­tır­la­dı - Ya­vaş-ya­vaş uza­nan bo­yu, ya­vaş-ya­vaş ye­kə­lən si­nə­si, bə­də­ni.

Bə­də­ni ilə ya­na­şı en­lə­nən üzü, qa­şı, gül­lü pal­tar­la­rı­nı, gül­lü co­rab­la­rı­nın be­lə bö­yü­mə­si, cid­di­ləş­mə­si... Mən bü­tün bun­la­rın o za­man­kı mə­na­sı­nı dü­nən an­la­dım.

O­nu 8 ya­şın­da öy­rən­di­yi sev­gi his­si­ni, mən hə­lə çox gec öy­rə­nə­cək­dim. On­la­rın bi­zim məh­lə­dən kö­çüb get­di­yi gün hiss edə­cək­dim və et­dim.

Hə­min gün mə­nə zil­lə­nən göz­lə­ri bir da­ha unut­ma­dım.

Bə­də­nim­də­ki gi­zil­ti, hə­yə­can hə­min gü­nün xa­ti­rə­si ola­raq qal­dı içim­də. O ba­xış­la­rı ilk də­fə or­da gör­müş­düm, so­yuq və lal...

- Bəl­kə ora ge­də­sən - Dos­tu eh­ti­yat­la onu sö­zü­nü kəs­di.

- Yox, hə­lə tez­di.

­Ax­şam dos­tu­na "tez­di" de­di­yi ye­rə get­mək üçün ar­tıq "gec" ol­du­ğu­nu an­la­dı. An­caq ye­nə də get­di.

Ge­cə idi, yo­xuş yu­xa­rı qal­xa­raq aya­ğı­nı əzən daş­la­ra fi­kir ver­mir­di. Tə­lə­sir­di, an­caq bi­lir­di ki, o ba­xış­lar heç bir ye­rə tər­pə­nə bil­mə­yə­cək.

Da­şa həkk olun­muş üzü sı­ğal­la­dı, qə­ri­bə bir is­ti­lik hiss et­di- heç vaxt sı­ğal­la­ma­dı­ğı, is­di­li­yi­ni və yu­mu­şaq­lı­ğı­nı hiss et­mə­di­yi üzü.

San­ki qız, yad ki­şi­nin ona sı­ğal çək­mə­sin­dən utan­dı, ya­naq­la­rı pört­dü.

Si­nə­sin­dən aşa­ğı bə­də­ni­nin gör­mə­di ki, qu­caq­la­sın, am­ma ye­nə də baş­da­şı­nı qu­caq­la­dı.

Bil­mə­di ki, qı­zın öl­dü­yü­nə ağ­la­sın, yox­sa onu ne­cə sev­di­yin heç vaxt ona de­yə bil­mə­yə­cə­yi­nə. An­caq ağ­la­dı...

"Ulduz"
XS
SM
MD
LG