Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:46

«The Washington Post»da Yaşar Əliyevə cavab



Fevralın 16-da «The Washington Post» qəzeti ATƏT-in 2000-ci ildə Azərbaycanda seçkiləri müşahidə etmiş müşahidəçisi Mitchell Polmanın qeydini dərc edib.

«Azərbaycan Demokratiya üçün uzun yol getməlidir» adlı məqalədə müəllif yazır ki, səfir Yaşar Əliyev ATƏT-in Azərbaycanda 2008-ci il prezident seçkisiylə bağlı hesabatını yanlış xarakterizə edib.

«Səfir deyir ki, ATƏT hesabatında Azərbaycanın beynəlxalq seçki öhdəlikləri yönündə irəliləyiş qazandığını bildirib. Ancaq hesabatda Azərbaycanın bu istiqamətdə texniki məsələlər üzrə irəliləyişindən danışılıb. ATƏT-in veb saytında yer alan hesabatda deyilir: Seçkilərdə sağlam rəqabət, siyasi müzakirələr olmayıb, media mühiti məhdudlaşdırılıb, Bütün bunlar plüralistik və demokratik seçki prinsiplərinin əksinə olub.

Bundan əlavə ATƏT-in Azərbaycanda 2010-cu ildə keçirilən parlament seçkiləri barədə hesabatında deyilir: «Bu seçkilər bütünlükdə ölkənin demokratik inkişafı yolunda irəliləyiş üçün kifayət etməyib».

Fevralın 7-də «The Washington Post» qəzetinin redaktoru Fred Hayatt (Fred Hiatt) Misir hadisələrinə ABŞ-ın münasibəti və Vaşinqtonun müsəlman diktatorlarla bundan sonrakı mümkün davranışını təhlil edən məqalə yazıb. Məqalədə Azərbaycan haqqında da bir neçə fikir səslənib:«Azərbaycanda başqa bir dünyəvi müsəlman diktatoru olan İlham Əliyev də ABŞ-la siyasətdə islam radikalizmi kartını oynayır. Neftə ehtiyacı olan ABŞ da bu ölkədə seçkilərin saxtalaşdırılmasına, jurnalistlərin həbs edilməsinə anlayışla yanaşır».

Fevralın 14-də «The Washington Post» qəzeti Fred Hayattın yazısına cavab olaraq Azərbaycanın Amerikadakı səfiri Yaşar Əliyevin qəzetə göndərdiyi məktubu çap edib. «Azərbaycan demokratiyaya can atır» başlıqlı yazıda səfir Yaşar Əliyev yazırdı: «2008-ci il prezident seçkilərini ATƏT və Avropa Şurasından olan beynəlxalq müşahidəçilər əhəmiyyətli irəliləyiş kimi qiymətləndiriblər. Bu seçkilərdə İlham Əliyevin böyük səs çoxluğuyla qalib gəlib»
XS
SM
MD
LG