Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:46

Ərəb inqilabları Azərbaycana milyardlarla dollar xeyir verir


Ərəb dünyasındakı inqilablar və ən son Liviya olayları səbəbindən neftin qiyməti artır. Yüksək neft qiymətləri isə Azərbaycan üçün əlavə gəlir deməkdir.

NEFTİN QİYMƏTİ VƏ AZƏRBAYCAN BÜDCƏSİ

Fevralın 23-də dünya birjalarında neftin bir bareli 108 dolları da aşaraq son iki il yarımın rekord göstəricisindən cəmi 1 dollar aşağıdır.

Azərbaycanın dövlət büdcəsində 2011-ci ildə neftin qiyməti 60 dollar
həddində proqnozlaşdırılıb. Belə getsə Azərbaycan neftin satışından təqribən 80 faiz çox gəlir əldə edə bilər. Başqa sözlə proqnozlaşdırılan 11 milyard əvəzinə büdcəyə 19 milyard dollar daxil ola bilər.

RUSİYANIN QAZANCI ARTIR
Liviyadakı üsyan digər neft ixracatçısı ölkələrinə də artıq qazanmaq imkanı yaradır. Məsələn, Rusiyaya.

Bu ölkənin maliyyə naziri Aleksey Kudrin bu həftə bildirib ki, əgər qiymətlər bir barel üçün 100 dollar səviyyəsində qalsa, Rusiya dövlət büdcəsindəki kəsirdən nəzərdə tutulandan da bir il tez- 2014-cü ildə qurtula bilər. Rusiya büdcə kəsirindən ancaq 2015-ci ildə xilas olmağı nəzərdə tuturdu.

Ancaq bütün bu gəlirləin reallaşması üçün birjalarda neftin qiymətinin indiki səviyyədə qalmasıl lazımdır. Bəs qalacaqmı?

NEFT QİYMƏTLƏRİNƏ TƏSİR EDƏN NƏDİR?


Şərhçilər deyirlər ki, neft bazarındakı çaxnaşmaların səbəbi Liviyadakı üsyandır. Neft ixracatçısı olan bu ölkənin şimal və şərqi artıq inqilabçıların nəzarətindədir. Üstəlik, müxtəlif xəbər agentlikləri Qaddafinin ölkədən gedən bütün ixrac kəmərlərini partlatması və bununla da ölkəni xaosa sürükləməsi planlarından yazırlar.

Middle East Economic Survey jurnalınının eksperti David Knott bunu belə izah edir:

"Liviyanın gündəlik real hasilatı 1.6 milyon barel idi. Amma müxtəlif beynəlxalq şirkətlərin yeni yataqlarla bağlı imzaladığı müqavilələr var idi, bə hasilatın daha artırılması nəzərdə tutulurdu. Liviya neftinin əksəriyyətini ixrac edir. Odur ki, ixrac dayansa bu dünya birjalarında önəmli qıtlıq yaradacaq”.

Knott-un fikrincə birjalara təsir daha önəmli amil isə, ixracın dayanması qorxusunun ancaq müvəqqəti olmamasıdır. Investorlar Liviyada uzunmüddətli vətəndaş müharibəsinin başlamasından və ya inqilabların digər neft ixracatçısı olan ərəb ölkələrinə yayılmasından da narahatdırlar.

OPEC LİVİYANIN PAYINI BOYNUNA GÖTÜRƏ BİLƏR


Neftin bahalandığı bir vaxtda neft ixcar edən ölkələr birliyi – OPEC élan edib ki, Liviyada ixracın dayanmasıyla bazarda yarana biləcək istənilən boşluğu dolduracaqlar. 12 dövlətin üzv olduğu neft karteli doğrudan da gündə 1.6 milyon barellik boşluğu doldura bilər. Səaudiyyə Ərəbistanı və ya başqa ölkələrdə tam gücüylə işləməyən, və ya hasilatı ndyanadırıldığı quyuların hesabına.

Ancaq hətta bazarda təklifi artırsalar belə bunun qiymətləri aşağı salacağına inananlar azdı. Çünki elə OPEC-ə üzv olan Səudiyyə Ərəbistanı və ya başqa neft ixracatçısı ölkələrdə də Liviya, Misir, Tunisdəki kimi hakimiyyət problemləri var və ya inqilab regionuna çox yaxındırlar. Yəni əslində qiyəltəri qaldıran həm də inqilabların daha böyük ixracatçılara yayılması təhlükəsidir.

SƏUDİYYƏ KRALININ 10.7 MİLYARDLIQ SƏXAVƏTİ

Amma Səudiyə Ərəbistanı hakimiyyəti bu cür proqnozları yaxına da buraxmır. Digər tərəfdən Səudiyyə Kralı Abdullah gözlənilməz bir addım da atıb və Səudiyyə vətəndaşlarının sosial məsələsirinn həlli üçün istifadə olunan İnkişaf Fonduna 10.7 milyard dollar əlavə pul ayırıb. Bir gün əvvəl Küveyt monarxı da ölkədə maaşların əhəmiyyətli dərəcədə artırmışdı. Bu cür addımların özünü birjalarda investorlar nəyinsə qarşısını almağa yönələn addımlar kimi – yəni həyacan siqnalı kimi qəbul edir və daha çox təşvişə düşür.
XS
SM
MD
LG