Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:49

Obama Qəddafiyə qarşı sanksiyaları imzalayıb


Barak Obama və Müəmmər Qəddafi, 9 iyul 2009
Barak Obama və Müəmmər Qəddafi, 9 iyul 2009
Birləşmiş Ştatlar Liviyaya qarşı birtərəfli qaydada sanksiyalar tətbiq edib.

ABŞ prezidenti Barak Obamanın bəyanatında deyilir ki, sanksiyalar Müəmmər Qəddafi rejiminə qarşı yönəlib, xalqa qarşı yox.

Qəddafinin və onun ətrafının bank hesabları dondurulacaq, Liviya hakimiyyəti ilə bank əməliyyatlarına və bu ölkəyə hərbi təyinatlı məhsulların satışına qadağa qoyulacaq.

NATO-nun Baş katibi Anders Foq Rasmussen isə deyib ki, onlar Liviyadakı vəziyyəti diqqətlə izləyir. Amma o, hərbi müdaxiləni istisna edir.

BURADA LİVİYADAN HƏVƏSKAR VİDEOLARINA BAXA BİLƏRSİZ
XS
SM
MD
LG