Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:24

Elmar Vüqarlı. Unutmaram
















illər keçə
və sən
başqa dodaqlarda alışa bilərsən,
yad nəfəsin qoxusuna bulaşa bilərsən...
amma mən
səni unutmaram,
səni unutmaram!

istəsən lap ölərəm,
əriyərəm için-için,
amma səni unutmaram,
səni unutmaram!

əgər ağlımı itirib
çıldırsam da,
yollara yıxılıb
hər şeyi unutsam da
səni unutmaram..

ey röyasından ayıla bilmədiyim
şirin yuxum,
təbəssümünü,
uzaqlarda
nəyisə itirib-axtaran baxışlarını,
söylə,
unuda bilərəmi?

necə unuda bilərəm,
qalman üçün göz yaşımla yalvarıram?!

necə unuda bilərəm,
səni həyatdan,
sözlə dediyimdən çox sevirəm?...

ömründən məni çıxarıb atsan belə,
sevdiyini dansan belə
səni unutmaram..
unutmaram…

illər keçə
və sən
başqa dodaqlarda alışa bilərsən,
yad nəfəsin qoxusuna bulaşa bilərsən...
amma mən
səni unutmaram,
səni unutmaram...
XS
SM
MD
LG