Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:37

Azərbaycan mətbuatı Elmar Hüseynovdan sonra...


Şahbaz Xuduoğlu
AzadlıqRadiosunun «İşdən sonra» proqramında «Qanun» Nəşriyyat Evinin direktoru Şahbaz Xuduoğlu, jurnalistlər Şahvələd Çobanoğlu və Zamin Hacı jurnalist Elmar Hüseynovun öldürülməsindən sonra Azərbaycan mətbuatının vəziyyətindən danışıblar.

Şahbaz Xuduoğlu:

- «Elmarın qətli ilk növbədə jurnalistləri cəsarətli və cəsarətsizlərə ayırdı».

- «Elmarın qətlindən sonra Azərbaycan cəmiyyətində bir «qaranlıq xofu» yaranmışdı».

- «Elmarın qətli Azərbaycan jurnalistikasına birbaşa təsirini göstərdi».

- «...Amma Azərbaycan jurnalistləri öz mövqelərindən geri çəkilmədi. Sadəcə, cəsarətlilərin sayı həddindən artıq azaldı».

- «Elmara atılan güllə müstəqil sözə və müstəqil mətbuata atılan güllə idi».

Zamin Hacı:

- «Elmar Azərbaycan jurnalistikasında təkrarsız bir insan idi».

- «Elmar yalquzaq kimi təkcə mübarizə aparırdı».

- «Elmarın ölümündən sonra mətbuatın vəziyyəti çox ağırdır».

Şahvələd Çobanoğlu:

Şahvələd Çobanoğlu
- «Söz azadlığı mükafatını biz Elmarın adına alırıq».

- «Bizim Elmara ən böyük borcumuz yazmaqdır».

- «Bəzən mən yazıları oxuyanda, deyirəm ki, bax bunu Elmar da bəyənərdi».

- «O bizim üçün artıq sözün əsl mənasında simvoldur, qəhrəmandır».

- «Elmarın Azərbaycanda abidəsi olmasa da, ABŞ-da bəşəriyyətin azadlığı uğrunda qurban getmiş adamların adı yazılmış divarda onun adı yazılıb».

- «Biz pis –yaxşı söz azadlığına hücum edən adamlara göstərə bildik ki, biz bu azadlığı vermək istəmirik».

Şahbaz Xuduoğlu:

- «Elmarın qətlinin açılmasında əvvəl olduğu kimi, hakimiyyət tərəfindən xüsusi maraq yoxdur».

- «Etiraz aksiyalarında Elmarın qətlinin açılmaması məsələsi birinci növbədə çağırış kimi qoyulmalıdır».

- «Azərbaycanda azadlığa cəhdlərin hamısı hansısa şəkildə susdurulub».

Zamin Hacı
- «Elmardan sonra jurnalistlərə qarşı kütləvi bir hücum başladı».

- «Bütün bu hadisələr qaranlıqda baş verdi və bütün bu hadisələrin üstünə bu günə qədər də işıq gəlmədi».

Zamin Hacı:

- «Milli Təhlükəsizlik Nazirliyi deyir ki, bu qətlin açılması ilə bağlı dinamik istintaq gedir. Bu, Azərbaycan cəmiyyətinə söyüş söyməkdir».

Şahvələd Çobanoğlu:

- «Azərbaycan hakimiyyəti bu qətlin açılması məsələsinin qabağını kəsib durub».

- «Bu qətl açılmaya bilməz. İndi də olmasa, gələcəyin işidir. Gələcək isə bizə mücərrəd görünmür».

XS
SM
MD
LG