Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:50

Hüquq müdafiəçiləri prezidenti gənclərin müdafiəçisi olmağa çağırdı


Hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Elmira Ələkbərova, Arzu Abdullayeva martın 9-da prezident İlham Əliyevə müraciət ediblər.

«Mediaforum» saytının məlumatına görə, müraciətdə deyilir:

«Son zamanlar Azərbaycanda gənclərə qarşı davamlı şəkildə həyata keçirilən təzyiqlərdən narahat olaraq Sizə müraciət edirik. Son vaxtlar 5 gənc - Bəxtiyar Hacıyev, Cabbar Savalanlı, Dəyanət Babayev, Səxavət Soltanlı və Rəşadət Axundov həbs olunub. Həbs zamanı onlara qarşı qeyri-qanuni hərəkətlərə yol verilib.

Cənab prezident! Azərbaycan Respublikası beynəlxalq aləmin subyekti olaraq insan hüquqları təsbit olunan sənədlərə imza atıb və demokratik prinsiplərə, insan hüquqlarına hörmətini hər zaman bəyan edib. Bu prinsiplərə zidd olan hərəkətlərə yol verilmiş son hadisələr ölkəmizin, dövlətimizin nüfuzuna xələl gətirir. Biz bu cür qeyri-qanuni hərəkətlərə yol verən məmurların cəzalandırılmasını tələb edir, konstitusiyamızın və hər bir azərbaycanlının hüquqlarının qarantı olan Sizi Azərbaycan gənclərinin müdafiəçisi olmağa, gənclərə qarşı yönəlmiş qanunsuz hərəkətlərə son qoymağa çağırırıq».
XS
SM
MD
LG