Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:35

Suriya hakimiyyəti Deraadan ordunun çıxarılacağını deyir


Suriya hakimiyyəti kütləvi etirazların keçirildiyi Deraa şəhərindən ordunun çıxarılacağını vəd edib.

Təkcə son 10 gün ərzində şəhərdə 50-ə yaxın adam öldürülüb.

Şahidlərin sözlərinə görə əməliyyata snayperlər də cəlb olunub.

Şəhərdə elektrik enerjisi və rabitənin pozulduğu müşahidə olunur.

Bütün ölkə boyu həbslər gedir.

ABŞ Suriyaya qarşı yeni sanksiyalar tətbiq edib.

Eyni addımı Avropa Birliyi də atmaq fikrindədir.
XS
SM
MD
LG