Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:52

Prokuror Bəxtiyar Hacıyevin 2 il həbsini istəyib


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev
Mayın 10-da Gəncə şəhəri Nizami Rayon Məhkəməsində dövlət ittihamçısı Aleksey Abbasov məhkəmədən həbsdə olan gənc fəal Bəxtiyar Hacıyev haqqında 2 il azadlıqdan məhrum etmə cəzası çıxarılmasını istəyib. Dövlət ittihamı Bəxtiyar Hacıyevin və vəkili Elçin Namazovun iştirakı olmadan elan edilib.

Dövlət ittihamçısının çıxışından əvvəl vəkil Elçin Namazov məhkəmədə bildirib ki, “Bəxtiyar Hacıyev haqqında qərar verilib, o siyasi baxışlarına görə həbs olunub. Ona görə biz məhkəməni tərk edirik, siz də qərarınızı verin”.

Hakim Emil Axundov məhkəmə hökmünün mayın 11-i saat 16.00-da oxunacağını bildirib.

Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə ittiham olunur.

Martın 4-də Gəncənin Nizami Rayon Məhkəməsi onun haqqında 1 aylıq həbs qəti imkan tədbiri çıxarıb. Sonradan məhkəmə həbs müddətini prosesin sonuna, yəni qeyri-müəyyən müddətədək uzadıb.
XS
SM
MD
LG