Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:46

Bəxtiyar Hacıyevin məhkəməsi təxirə salındı


Mayın 11-də Gəncə şəhəri Nizami Rayon Məhkəməsində gənc fəal Bəxtiyar Hacıyevin saat 16.00-a təyin olunan məhkəmə prosesi təxirə salınıb. Səbəb məhkəmənin gedişatına etiraz edən B. Hacıyev və vəkilin ötən prosesdən məhkəməyə qatılmaması olub.

Məhkəmənin sədri Əli Tağıyev bildirib ki, gəncdən və vəkildən prosesə gəlməməsi ilə bağkl imtina ərizəsi alınacaq.

Məhkəmə prosesinin nə zaman davam edəcəyinə gəlincə, Ə. Tağıyev bildirib ki, məhkəmə qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Bildirib ki, son sözü demələri üçün vəkil və təqsirləndirilən şəxsə teleqram vurulacaq. Əgər gəlməsələr o zaman hökm oxunacaq.

Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə ittiham olunur.

Martın 4-də Gəncənin Nizami Rayon Məhkəməsi onun haqqında 1 aylıq həbs qəti imkan tədbiri çıxarıb. Sonradan məhkəmə həbs müddətini prosesin sonuna, yəni qeyri-müəyyən müddətədək uzadıb.
XS
SM
MD
LG