Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:35

Maradona və başqa futbol ulduzları Çeçenistanda


Ramzan Kadyrov və Maradona. 11 May 2011. Çeçenistan
Ramzan Kadyrov və Maradona. 11 May 2011. Çeçenistan

ÇEÇENİSTANDA 30 MİNLİK YENİ STADİON

2004-cü il, mayın 4-də Çeçenistan prezidenti Akhmad Kadyrov Qroznıdakı Dinamo futbol stadionunda qətlə yetirildi. 7 il sonra oğlu, Çeçenistan prezidenti Ramzan Kadyrov atasının adına yeni stadionun açlışını edir.

30 min nəfərlik Akhmad Kadyrov adına İdman Kompleksi 280 milyon dollara başa gəlib. Stadionun açılışında “Kafkaz” yığma komandasıyla futbol əfsanələrinin yığması üz-üzə gəlir.

"KAFKAZ" DÜNYA YIĞMASINA QARŞI

“Kafkaz” komandasında yerli futbolçular, Şimali Qafqazın müxtəlif rəsmiləri yer alacaq. Komandanın kapitanı Rusiya Baş nazirinin birinci müavini, Rusia prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə xüsusi nümayəndəsi Aleksandr Xloponin olacaq. Çeçenistan prezidenti Ramzan Kadyrov hücumda oynamaq fikrindədir. Keçmiş oyunçulardan Rinat Dasayev, Dmitriy Alenichev, Nikolay Pisarev forma geyəcək.

Əfsanələr komandasında isə Diego Maradona, Luis Figo, Steve McManaman, Ivan Zamorano, Fabienne Bartez, Franko Barezi, Alessandro Costacurta, Reberto Ayala,
Qroznıda yeni stadion, 8 may 2011
Jean-Pierre Papin kimi keçmiş ulduzların oynaması gözlənilir. Fransalı Zinedine Zidane-ın da gələcəyi iddia olunsa da, Zidan bu xəbərləri təkzib edirdi.

Oyun mayın 11-də Baki vaxtıyla axşam saat 9-də başlayır. Açılış mərasimində Rusiya rəsmiləri ilə yanaşı, şou-biznes ulduzları da iştirak edəcək.

BRAZİLİYALILAR ÇEÇENİSTANA GƏLMƏYƏ NİYƏ PEŞMAN OLMUŞDULAR?

Bu ilin əvvəlində Kadyrov 2002-ci ildə Dünya Çempionu olan Braziliyanı Qroznıya, köhnə stadiona gətirmişdi. Heytədə Romario, Dunga, Rai kimi oyunçular da varıydı.

Ramzan Kadyrov özü həmin oyunda hücumda oynayırdı. Çeçenistan hökumətinin komandası Braziliyaya 4-6 hesabıyla uduzdu.

Oyundan çox-çox sonra braziliyalılardan biri, Rai mediaya bildirmişdi ki, onlara ki, Çeçenistan komandasının üstünə çox getməməyi tapşırmışdılar. Onu da əlavə eləmişdi ki, Qroznıya getməzdən əvvəl Kadyrovun rejimi və insan haqlarına münasibətiylə bağlı daha çox şey öyrənmədiklərinə görə təssüf edir.

SİYASİ MƏQSƏDLƏR ÜÇÜN FUTBOL

Əslində, bir çox insan haqları fəalları Kadyrovun futbola belə qayğısını – yeni stadiounun açılışını, futbola milyonlarla dollar vəsait qoymasını, Ruud Gullit kimi məşhur hollandiyalını Qroznı Terekinə məşqçi gətirməsini, xaricdən futbolçular idxal etməsini də məhz siyasi imicini düzəltmək cəhdiylə izah edir.

Çünki Kadyrovu sabitlik yaratmasıyla bərabər, həm də şəxsən adam oğurluqları və qətllərə əmr verməkdə ittiham edirlər.

Nefti olan, üstəlik, Federal hökumətdən ildə 2.2 milyard dollar subsidiya alan Çeçenistanda əhalinin yarısından çoxu işsizdir. Kadyrovu həm də cammatı özünün pulsuz işçi qüvvəsinə çevirməkdə də ittiham edirlər.

MƏCBURİ İMƏCİLİKLƏR

Məsələn, AzadlıqRadiosuna danışan bir çox çeçen bildirib ki, onları işlərində ayırıb
Kadyrov Braziliya komandası ilə görüşdə, 8 mart 2011
zorla stadionu abadlaşdırmaq adıyla “iməcilik”lərə cəlb edirlər. Müsəllimlər, işçilər ətrafı süpürməyə, zibildən təmizləməyə, binaları rəngləməyə məcbur edilir.

Məktəblərdən birində iməcliklə bağlı keçirilən iclasdan səs yazıları da var:

Direktorun səsi:
"Özünüz bilərsiz, amma getməyə bilmərik. Nə edisiz edin, amma gəlməlisiniz. Xüsusən də Mayın 1-də. Özünüz başa düşürsüz, yoldaşlar, bu siyasi məsələdir. Siz də bilirsiz ki, getməsək, nə olacaq. Odur ki, gəlin qərar verək və gedək, artıq bütün məktəblər orda olub. Birisigün də biz getməliyik. "

Səs yazısındakı direktor, sonra bütün müəllimlərə başa salır ki, onlar özləriylə bərabər kimi aparmalıdırlar. Siyahıda mıktəbə dəxli olmayan pensionerlər, yelri sakinlər də var. Hətta paytaxtdan 150 kilometr aralıqdakı kəndlərin sakinləri də. Onların hamısına özləriylə təmizlik üçün nə lazımdırsa gətirməyi, yemnək və su da götürməyi tapşırırlar.

Stadionun açılşına hazırlıqlar bununla bitmir. Yeni, 30 minlik stadionu doldurmaq üçün tələbələr, şagirdlər və müəllimlərə də hər kəsi bura cəlb eləmək tapşırığı verilib.

Rəsmilər isə, bu cür iddiları qəbul eləmir. Ramzan Kadyrov administrasiyasından əksinə, bildirirlər ki, bu cür tədbilər ölkənin imicini qaldırmaq üçün təşkil olunur və 2018-ci ilin Rusiyada plannan Dünya Kubokunun oyunlarından birinin bu stadionda keçirilməsinə də ümid edirlər.


XS
SM
MD
LG