Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:19

Tbilisidə polis müxalifətin mitinqini dağıtmağa cəhd göstərib


Gürcüstanda müxalifət mitinq keçirib
Gözlə

No media source currently available

0:00 0:03:41 0:00

Mayın 21-də Gürcüstanda Milli Assambleya qurumunda birləşən müxalifət qüvvələri prezident Mixeil Saakaşvilinin istefası tələbilə mitinq keçirib.

Aksiya iştirakçıları hökumət adamlarının səhər İTV-nın qarşısında qoyub qaçdıqları maşınlarının şüşələrini sındırıb. Onları çevirərək polisin gələ biləcəyi yolları kəsməklə özlərinə istehkam yaradıblar.

AzadlıqRadiosunun müxbiri Tbilisidən xəbər verir ki, gecəni İctimai Televiziyanın qarşısında keçirən adamları oradan dağıtmaq üçün səhər bir neçə maşın polis və mülki şəxslər aksiya keçirilən yerə gəliblər.Yaranan qarşıdurmadan sonra mülki geyimlilər maşınlarını orada qoyub qaçıblar. Maşınların içindən tapılan sənədlərdən bəlli olub ki, onlar bölgələrdə çalışan rəsmi adamlarıdır..

Səhər saatlarında polis kütləni dağıtmaq üçün dəyənək, rezin güllələr və gözyaşardıcı qazdan istifadə edib.

Amma bir qədər sonra prezidentin istefası tələbilə keçirilən aksiya bərpa olunub.

Başqa bir məlumata görə isə, xüsusi təyinatlı qüvvələr bazar gününə keçən gecə bir neçə müxalifət partiyasının birləşdiyi “Xalq məclisi” nin Batumidəki qərərgahına soxulublar.

Müxalifət onlarla üzvünün saxlandığını, 9 nəfərin müxtəlif xəsarətlə xəstəxanaya götürüldüklərini deyir.


Müxalifət prezident Mixeil Saakaşvilini ölkədə avtoritar rejim qurmaqda ittiham edir.

TBİLİSİ VƏ BATUMİDƏ SAAKAŞVİLİNİN İSTEFASI TƏLƏBİLƏ MİTİNQ KEÇİRİLİB

Gürcüstan müxalifəti Tbilisinin mərkəzində və prezident Mixeil Saakaşvilinin istefası tələbilə mitinq keçirib.

Paytaxt tbilisidə ictimai televiziyanın qarşısına toplaşan müxalifət fəalları bu aksiyalarının canlı yayılmasını tələb ediblər. Televiziya onların tələbini yerinə yetirib.

Batumidə isə polisin aksiyaya müdaxiləsi haqqında xəbərlər var.

Müxalifətin birləşdiyi Milli Assambleyanın üzvləri mitinqdən əvvəl xeyli müxalifət fəalı və yüzlərlə maşının saxlandığını deyirlər.

Amma Daxili İşlər Nazirliyi bunu inkar edir.

Müxalifət liderlərindən biri, parlamentin keçmiş sədri Nino Burcanadze deyib ki, Saakaşvili istefa verməsə, ölkədə demokratik dəyişiklik mümkün deyil.



Fotolar Gülər Qasımovanındır
XS
SM
MD
LG