Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:48

Anasına nifrət edən yazıçının intiharı


Hemingway Kubada öz qayığının kabinəsində
Hemingway Kubada öz qayığının kabinəsində
“Dünya çox yaxşı yerdir.Onun üçün mübarizə etməyə dəyər”. Bunu Nobel mükafatlı Amerika yazıçısı Ernest Heminquey demişdi.

Ernestin atası həkim Klarens Edmund Heminquey və anası Qreys Holl Heminquey əslində fərqli insanlar idilər.

Qreys hökmlü və səs-küylü qadın idi. Bəzən günlərlə ərinin üstünə qışqırar, bütün günü deyinərdi.

Ernest atasını çox sevirmiş, atası onu ilk dəfə ova aparmış, balıq tutmağı öyrətmişdi. Amma zaman keçir, Ernestin atası hər gün daha da zəifləyirdi.

Ayaqları çox ağrıyırdı və bəzən günlərlə ağrıdan tərpənə bilmirdi. Bir gün evə qayıdan ata Ernestin kiçik qardaşı Lesterin halını soruşub, yuxarı-otağına qalxır və ov tüfəngi ilə intihar edir.

Yazıçı atasının intiharı barədə danışmağı sevməzdi, amma bir gün dostları ilə danışarkən deyir: “Bəlkə də o qorxurdu...Xəstə idi, borcları var idi. Və yenə də anamdan qorxurdu- bu həyasız qadın gərək həyatı boyu əmr edəydi, hər şeyi öz ağlıyla edəydi!”.


Ömrünün son ilində o hətta elektroşok müalicəsinə də razı oldu. Amma bu heç nəyi dəyişmədi.
Ernestin yazdığı əsərlərdə anasına qarşı olan ikrah hissini duymaq olar. Onun əksər əsərlərində ana obrazı insanların şəxsi işlərinə qarşıan hikkəli adam kimi verilib. Ardınca bəlkə minlərlə qadın qaçarkən Ernest dörd dəfə evləndi.

Lakin onların heç birilə möhkəm ailə qura bilmədi. Bu da təbii idi. Əslində o anasına nifrət edirdi, ondan qaçmağa çalışırdı. Amma yenə də evləndiyi qadınların hamısı anası kimi amiranə, hökmlü və güclü qadınlar idi. Ernest bununla barışa bilmirdi.

Erik Frommun bir sözü var, əslində çox cəsarətli insanlar dayanmadan ölümdən qorxmadıqlarını əslində ona görə hamıya nümayiş etdirməyə çalışırlar ki, onlar yaşamaqdan qorxurlar. Bax, Ernesti məhz o sıraya aid etmək olar.

Heminquey özünü hər təsadüfdə ölümün qucağına atırdı. O beş dəfə avtomobil qəzasına düşmüş, yeddi dəfə isə böyük təhlükədən qurtulmuşdu. Həmişə də sağ qalmışdı.

Gənclik ötüb arxada qalanda Heminquey tez-tez deyərmiş ki:“insanı əzabdan yalnız ölüm qurtara bilər, bütün digər vasitələr onu sadəcə kütləşdirir və müvəqqəti ağrısını kəsir”.

Heyranlarının “Papa Hem” adlandırdıqları yazıçı altmış yaşına çatmışdı. Onun
Hemninqueyin uşaqlığı

bədənində demək olar ki, sağ yer yox idi. Müharibədən və uzun illərin ov məşğuliyyətindən qalmış yaralar, sakitlik bilməyən həyat öz təsirini göstərirdi.

Ömrünün son ilində o hətta elektroşok müalicəsinə də razı oldu. Amma bu heç nəyi dəyişmədi.

Əksinə “Papa” tez-tez şikayətlənirmiş ki, elektroşok müalicənin tətbiqinə təhrik edən dostları onun “beynini yudular”, olan qalan xəzinəsini, yaddaşını sildilər.

Papa Hem qocalmışdı. Gileylənirdi ki, daha bir cümlə də yaza bilmir. Ömür boyu kişi təbiətli anası, intihar etmiş atası ilə mübarizə aparan bu dahi yazıçı, idmançı, ovçu, hərbçi və cəsur insan sonda məğlub oldu.

1961-ci ilin 2 iyulunda, 62 yaşında atasının etdiyi kimi, ov tüfəngi ilə həyatına son qoydu.

Ernest Heminquey ölümündən sonra heç bir yazı, heç bir məktub qoymadı. Ədəbiyyat dünyası Papa Hemi itirdi.

Amma Heminqueylər ailəsi haqqında yazılar dayanmadı. Ernestin ölümündən 30 il sonra onun qardaşı Lester Heminquey qardaşının yolunu təkrarladı, intihar etdi.

Qəzetlərdə yazırdılar ki, deyəsən intihar Heminqueylər ailəsində adət halını alır. Lesterin ölümündən 14 il sonra Heminqueyin nəvəsi Marqo Heminquey yuxu dərmanı içərək intihar etdi.

Heminqueylər ailəsi, soldan sağa - Marcelline, Sunny, Clarence, Grace, Ursula və Ernest.

Heminquey - 2-ci Dünya Müharibəsi zamanı Hurtgenvald uğrunda döyüş zamanı, Almaniya 1944, həmin döyüşdən sonra yazıçı sətəlcəm olmuşdu.

Heminqueyin ailəsi - balıq ovundan sonra, 1936, Bimini

Heminquey və onun dördüncü arvadı Merinin məzarları, Aydaho
XS
SM
MD
LG