Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:52

ABŞ, Rusiya və Fransa Qarabağ nizamlanmasını tezləşdirməyə çağırır


Nicolas Sarkozy, Dimitri Medvedev və Barak Obama
Nicolas Sarkozy, Dimitri Medvedev və Barak Obama

Rusiya, ABŞ və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı birgə bəyanat qəbul ediblər.

Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlara vasitəçilik edən ATƏT-in Minsk Qrupuna həmsədrlik edən bu ölkələrin prezidentləri birgə bəyanatlarında qeyd edirlər ki, artıq sülh razılaşmasının əldə edilməsi üçün həlledici addımlar atmağın zamanıdır:

“Biz bir daha vurğulayırıq ki, yalnız danışıqlar yolu ilə əldə edilən razılaşma sülhə, sabitliyə və regional inkişafa gətirib çıxara bilər. Gücdən istifadə yalnız daha çox iztirbalara və dağıntılara səbəb olardı. Biz qətiyyətlə hər iki tərəfin liderlərini öz xalqlarını müharibəyə deyil, sülhə hazırlamağa çağırırıq”.

Prezidentlər qeyd edirlər ki, artıq tərəflərin və vasitəçilərin səyləri nəticəsində sülhün əldə edilməsi istiqamətində ciddi irəliləyişlər əldə edilib. Martın 5-də Soçidə müzakirə edilən Baza Prinsipləri ədalətli və balanslı sülh trazılaşmasının hazırlanmasına imkan verir: “Bu sənəd Helsinki Yekun Aktının müddəalarına, bizim 2009-cu ilin iyulunda qəbul etdiyimiz L’Aquila və 2010-cu ilin iyununda Muskoka bəyannamələrinin nəzərdə tutuduğu prinsiplərə uyğudur. Bu sənəd tərəflərə hazırkı qəbuledilməz status quodan uzağa getməyə imkan verə bilər.

Ona görə də Azərbaycan və Ermənistan prezidentlərini iyun ayında gözlənən görüşləri zamanı Baza Prinsiplərin yekunlaşdırılması istiqamətində daha qətiyyətli olmağa çağırırıq. Ləngimə yalnız tərəflərin razılıq əldə etmək imkanlarını sual altına ala bilər. Həmin razılamadan dərhal sonra biz sülh müqaviləsinin hazırlanmasına və sonra da onun həyata keçirilməsinə beynəlxalq tərəfdaşlarımızla birlikdə yardım etməyə hazırıq”.
XS
SM
MD
LG