Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:46

E. Fətullayev AzadlıqRadiosunun canlı efirində bunları dedi


Eynulla Fətullayev azadlıqda
Gözlə

No media source currently available

0:00 0:02:51 0:00
Direct-ə keçid

Həbsdə olan jurnalist Eynulla Fətullayev mayın 26-sı prezidentin imzaladığı əfv fərmanı ilə azadlığa buraxıldı

Eynulla Fətullayev həbsxanadan çıxandan sonra canlı efirdə Azadlıq Radiosunun "Kontekst" proqramına qoşulub.

Deyib ki, hələ ətrafda baş verənləri dərk etməyə çalışırır. Azad olunmasını həm "möcüzə", həm də "qanunauyğunluq" kimi qiymətləndirib. .

O əfvlə bağlı heç kimə müraciət etmədiyini bildirib, lakin əlave edib: «...mən 2 ay bundan əvvəl İlham Əliyevə şəxsi məktubla müraciət etmişəm. O məktubda milli mənəvi dəyərlərimizə istinad elədim və eyni zamanda düşündüm ki, o məni azadlığa buraxacaq. Mən bunu əslində ilk dəfədir açıqlayıram, hardasa reaksiya da dərhal oldu. Əslində mənim azadlığım həmin reaksiyanın dərhallığının təcəssümüdür. Amma bilirsiz ki, beynəlxlaq və yerli ictimayyət mənim azadlığa buraxılmağımla bağlı mübarizə aparıb».

Eynulla Fətullayev həbsdən azad olunmasıyla bağlı beynəlxaq və yerli təşkilatlara, jurnalistlərə, ictimaiyyət nümayəndələrinə minnətdarlıq bildirib.

E.Fətullayevin canlı efirində dediklərini tam olaraq dinləyin.
Yazı audionun altında davam edir


Həbsdən sonra jurnalistika ilə məşğul olacağıyla bağlı suala gəlincə, o deyib ki, bu məndən asılı məsələ deyil: «Həyat və fəaliyyətimə təminat verilsə mən Azərbaycanda qalıb işləyəcəm».


EYNULLA FƏTULLAYEV AZADLIĞA ÇIXDI

Mayın 26 prezident İlham Əliyev əfv fərmanı imzalayıb. «Realnıy Azerbaycan» və «Gündəlik Azərbaycan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayev əfv edilənlər arasındadır. Fərman imzalanandan dərhal sonra jurnaslit azad edilib.

Əfv ümumilikdə 84 nəfərə şamil edilib.

EYNULLA FƏTULLAYEVİN ƏFV OLUNMASINA REAKSİYALAR

AzadlıqRadiosuna müsahibəsində Eynulla Fətullayevin atası Emin Fətullayev oğlunun azad edilməsini sevinclə qarşıladığını bildirib: «Biz bu günü çoxdan gözləyirdik. Çox sevinirik. Sabah onunla görüşə gedəcəm»


ATƏT Eynulla Fətullayevin azad edilməsini alqışlayır

ATƏT-in fəaliyyətdə olan sədri Litvanın Xarici İşlər naziri Audronius Ažubalis və bu qurumun Media Azadlığı üzrə Xüsusi nümayəndəsi Dunja Mijatović Azərbaycan prezidentinin əfv fərmanı ilə jurnalist Eynulla Fətullayevin azad edilməsini alqışladıqlarını bildirirlər.

Audronius Ažubalis bildirib ki, bu, bütün ATƏT regionu ölkələri üçün ciddi bir siqnaldır və o, bütün üzv dövlətləri media azadlığına dair öhdəliklərini yerinə yetirməyə və həbsdə saxladıqları media işçilərini azad etməyə çağırır.

ABŞ-ın Azərbaycandakı səfiri Mattew Bryza da həbsdən çıxan Eynulla Fətullayevə zəng vuraraq onu təbrik edib.


E.FƏTULLAYEVİN HƏBSİNİN QISA TARİXÇƏSİ

Eynulla Fətullayev 2007-ci ilin aprelində çıxarılan birinci həbs qərarı ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin ilin oktyabrında çıxarılan ikinci həbs qərarı nəticəsində onun cəzası 8 il 6 aya qaldırılıb.

2009-cu ilin dekabrında saxlandığı 12 saylı Cəzaçəkmə Müəssisəsində məhbus jurnalistin üzərindən narkotik vasitə tapıldığı açıqlanıb. Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə Eynulla Fətullayevə yeni cinayət işi açılıb. Bu iş üzrə ona 2 il 6 ay cəza verilib.

Avropa İnsan Hüquqları Məhkəməsi Eynulla Fətullayevin əvvəlki iki hökm üzrə şikayətlərinə baxaraq 2010-cu il aprelin 22-də onu azad etməyə çağırıb.

Həmçinin əfv siyahısında Bakı Şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini Eldəniz Lahıcov, sabiq Səhiyyə Naziri Əli İnsanovun bacısı oğlu Anar Namazov və sabiq polis əməkdaşı Müşviq Mədətovun da adları var

ƏFV OLUNANLARIN TAM SİYAHISINA BURADA BAXA BİLƏRSİNİZ
XS
SM
MD
LG