Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:48

Zəlimxan Yaqub. Xəlvət


Ulu Tanrım, nə gözəldi doğma yuva,
Xəlvət seçib bir qırağa çəkilmişəm.

Bu guşədə çıraq yanır, şam əriyir,
Ərimişəm, şam-çırağa çəkilmişəm.

Ən vəfalı iki dostum, sirdaşım var,
Bir qələmə, bir varağa çəkilmişəm.

Söhbətimin ləzzətini dadan bilər,
Elə bil ki, balam, yağa çəkilmişəm.

Yağı düşmən elə bilir mən ölmüşəm,
Kəfənlənib bezə, ağa çəkilmişəm.

Füzulitək dərd əlindən dağa çıxıb,
Qəlbimdəki göy yaylağa çəkilmişəm.

22.11.2007
XS
SM
MD
LG