Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:39

Kayseridə Nabuccoya dəstək sazişləri imzalanıb



Kayseridə «Nabucco» konsorsiumu ilə tranzit ölkələr arasında Layihəyə Dəstək Sazişləri imzalanıb

Bununla da «Nabucco» kəməri üçün normativ-hüquqi bazanın formalaşması başa çatdırılıb.

Bu barədə APA agentliyi xəbər verir.

«Nabucco» kəməri ilə Xəzər regionundan təbii qazın Azərbaycan, Gürcüstan və Türkiyədən Bolqarıstana, ordan isə Mərkəzi Avroraya çıxarılması nəzərdə tutulur.

Bu məqsədlə yaradılmış konsorsiuma Avstriya, Macarıstan, Rumıniya, Bolqarıstan, Türkiyə və Almaniya şirkətləri daxildir.

Uzunluğu 3 300 km olacaq bu kəmərlə Azərbaycanla yanaşı, Türkmənistan və İraq qazının da daşınması nəzərdə tutulur.
XS
SM
MD
LG