Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:24

Devrilən heykəllər…


Zamin Hacı
Zamin Hacı
Yazar Toğrul Cuvarlı və jurnalist Zamin Hacı devrilən heykəllərin və onların sahiblərinin tarixçəsindən danışırlar.

Zamin Hacı:

«Bu, Azərbaycan hökumətinin növbəti bir biabırçılığının simvoludur. Dünyada Mübarəkin heykəli yalnız Azərbaycanda idi. Hətta deyəsən, heç Misirdə də onun heykəli yox idi. Bunlar axtarırlar, özlərinə bənzər kim varsa, onlara yaxınlaşırlar. Təbii ki, Mübarəkin heykəlinin burda qoyulmasında bu hakimiyyətin Heydər Əliyev mifini ixrac etmək siyasətinin təsiri var idi. Heydər Əliyevin heykəlini Misirdə qoyduranda, bunlar da burda Hüsnü Mübarəkin heykəlini qoymuşdular. Bunun da axırı bu cür biabırçı şəkildə yekunlaşmalı idi. Orda neçə ay idi ki, Mübarəki yıxmışdılar, ancaq burda heykəli qalırdı. Yəqin ki, o xəttatı düzəltməyə gedib bu vaxt. Həm də bəlkə də qaytardılar deyə, ümid də var imiş. Heykəl qoymaq Azərbaycan hakimiyyətinin mahiyyətinə uyğun idi.
Toğrul Cuvarlı
Heydər Əliyevin heykəllərinin darıxmaması üçün yəqin ki, respublikada Hüsnü Mübarək kimilərin heykəlləri olmalı idi. Ancaq mübarəklər yıxılır. Tarixdə belə yamaq heykəllər qalmır...».

Toğrul Cuvarlı:

«Abidələr belə şeydir ki, hətta səhvlər də qalmalıdır abidələrdə. Keçmiş hakimlərin abidələri var idi ki, onları tezliklə götürdülər aradan. Amma qalmalıdır. Bu, tarixdir. O cümlədən, səhvlər də qalanda, daha maraqlı olur. İndi bir anlıq təsəvvür edək ki, o heykəl qalır. 10 ildən sonra özümüzə sual verərdik: Görəsən, nə qəribə durum imiş ki, ölkədə belə bir yad, heç nəyə dəxli olmayan adamın heykəli hələ də durub. Bunun da qəribə, mənəvi nəticələri var...».

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG