Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:32

Dövlət Departamenti rəsmisi Azərbaycanı siyasi sahədə açıq olmağa çağırıb


 ABŞ Dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müavini Tomas Melia
ABŞ Dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müavini Tomas Melia
«Rəsmilərlə görüşdə ən çox vurğuladığım bu olub ki, ABŞ ən yaxşı əməkdaşlığı demokratik ölkələrlə, öz hüquqlarını müdafiə edən ölkələrlə qurur».

ABŞ Dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisinin müavini Tomas Melia (Thomas O. Melia) iyunun 16-da jurnalistlərin sualını cavablandırarkən belə deyib. O, bildirib ki, rəsmilərə görüşdə azərbaycanlı həmkarlarını insan haqlarına daha çox hörmət etməyə və siyasi sahədə açıq olmağa çağırıb.

Səfərinin məqsədinə toxunan T.Melia ABŞ dövlət katibi Hillary Clinton və ABŞ prezidenti Barak Obamanın ABŞ-ın Azərbaycandakı səfiri Matthew Bryzaya və səfirliyə dəstəyini ifadə etmək olduğunu deyib.

ABŞ DİPLOMATI ELMAR HÜSEYNOVUN MƏZARINI ZİYARƏT EDİB

İyunun 15-dən Bakıda səfərdə olan diplomat dövlət rəsmiləri, vətəndaş cəmiyyətinin nümayəndələri, siyasi partiyaların rəhbərləri və media nümayəndələri ilə görüşüb. Həmçinin 6 il əvvəl qətlə yetirilən jurnalist Elmar Hüseynovun qəbrini ziyarət edib, yenicə əfv fərmanı ilə azadlığa çıxan baş redaktor Eynulla Fətullayevi qəbul edib.

O, bildirib ki, demokratiyanın inkişaf etdirilməsi və insan hüquqlarına hörmət hər zaman ABŞ hökumətinin gündəliyində duran məsələlərdəndir.

«AZƏRBAYCAN HÖKUMƏTİ MÜASİRLƏŞMƏLİDİR»

Tomas Meliaqeyd edib ki, Azərbaycanda insan haqlarının vəziyyəti daha yaxşı ola bilər. Əgər Azərbaycan hökuməti də ABŞ dövləti ilə əlaqələrini gücləndirmək istəyirsə, bu sahədə çalışmalıdır:

«Bir sıra jurnalist və insan haqları ilə məşğul olan təşkilatların hesabatları var. Bu hesabatlardan aydın olur ki, istər ədalətli seçkilər, istər azad media və istərsə də müxalifət partiyalarının işləməsinə müəyyən maneələr vardır. Bu sahədə də Azərbaycan hökuməti müasirləşməli və 21-ci əsrdə müasirləşməklə uğur qazanmış dövlətlər sırasına keçməlidir».

Dövlət Departamenti rəsmisi Azərbaycanla bir sıra sahələrdə əməkdaşlıq edildiyini, gələcəkdə də bu əməkdaşlığın davam etdiriləcəyini bildirib.

Dövlət katibinin köməkçisinin müavini Azərbaycan rəsmiləri ilə görüşdə İctimai Palatanın icazəsiz aksiyaları zamanı saxlanan siyasi fəallar və bloqqerlərin həbsi ilə bağlı məsələləri qaldırdığını da deyib. O, həmçinin iyunun 15-də Bakıda döyülən əcnəbi jurnalistlərdən də xəbərdar olduğunu və bu işlə ABŞ səfirliyinin məşğul olduğunu qeyd edib.

«AZADLIQRADİOSUNUN YAYIMLANMAMASI ÜÇÜN SƏBƏB GÖRMÜRƏM»

«Bəs dövlət rəsmiləri ilə görüşdə «Azadlıq» və «Amerikanın Səsi» radiolarına FM tezliyinin qaytarılması müzakirə edilibmi?» sualına T. Melianın cavabı belə olub:

«Amerikanın səsi və AzadlıqRadiosunun böyük əhəmiyyəti olduğundan bu məsələlər qaldırılıb. AzadliqRadiosunun burda yayımlanmaması üçün əsaslı səbəb görmürəm».

Tomas Melianın səfəri iyunun 17-də başa çatır.
XS
SM
MD
LG