Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:44

Rusiya bazarında Azərbaycan kənd təsərrüfatı məhsullarının satışı kəskin artıb


Moskva bazarı
Moskva bazarı
Avropa ölkələrindən Rusiyaya tərəvəz idxalına qadağa qoyulması nəticəsində Rusiya bazarında Azərbaycanın kənd təsərrüfatı məhsullarının satışı 2-3 dəfə artıb.

Bu barədə Kənd Təsərrüfatı nazirinin müavini Bəhram Əliyev bildirib.

O deyib ki, əvvəllər Rusiya bazarında Azərbaycanın kənd təsərrüfatı məhsullarının satış həcmi təxminən 10-20% idisə, hazırda bu, 40-50%-ə çatıb.

B.Əliyev qeyd edib ki, Azərbaycana xarici ölkələrdən meyvə-tərəvəz gətirilməsinə ehtiyac yoxdur:

«Azərbaycan özünün meyvə-tərəvəzə olan tələbatını 100%-dən çox təmin edir». /APA/
XS
SM
MD
LG