Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:41

M. Qurbanlı: «İctimai Palatanın 19 iyun aksiyası baş tutmayıb»


Mübariz Qurbanlı
Mübariz Qurbanlı
«Mitinqə icazə vermək icra hakimiyyətinin işi deyil deyənlər beynəlxalq konvensiyanın tələblərini bilmirlər».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramının İctimai Palatanın 19 iyun aksiyası barədə yayımladığı xüsusi buraxılışında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, sərbəst toplaşmaq azadlığı beynəlxalq konvensiyalara uyğun olaraq qanunla tənzimlənir:

«Konstitutsiyada sərbəst toplaşmaq azadlığı təsbit olunub. Amma bu o demək deyil ki, burda bir xaos var. Burda da hər bir məsələni qanun tənzimləyir. Əsas məsələ odur ki, kütləvi aksiyaları tənzimləyən beynəlxalq konvensiyalar var. Ona uyğun da Azərbaycanda kütləvi aksiyaları tənzimləyən qanun var. Bu qanuna görə, müvafiq icra hakimiyyətinin münasib bildiyi yerdə kütləvi aksiyalar keçirilməlidir».

Mübariz Qurbanlı deyir ki, qanunları qorumaq lazımdır:

«Qanunda presedent yaratmaq olmaz. Presedent yaradanda o zaman biz qanunu pozmuş oluruq. Qanunu pozanda isə biz cəmiyyətdə qanunsuzluğa rəvac vermiş oluruq. Bu isə dövlətçiliyi dağıtmaqdır. Ona görə buna imkan vermək olmaz».

19 iyun aksiyası

Mübariz Qurbanlı hesab edir ki, İctimai Palatanın iyunun 19-na planlaşdırdığı aksiyası baş tutmayıb.

«Mən demişdim İP-in dalınca heç kim getməz. İP-in rəhbərliyində duran adamlar cəmiyyətdə özlərini tamamilə iflasa uğratmış adamlardır. Görünür İP-in tərəfdarları ümumiyyətlə mövcud deyil. Bunlar imitasiya ilə məşğuldurlar. Bunlar hansısa adamlara hesabat vermək üçün, biz də varıq deyə bu cür aksiyalar keçirmək haqqında şişirdilmiş məlumatlar yaymaqla məşğuldurlar. Bu adamlar Azərbaycanın xeyrinə hərəkət etmirlər. Bu gün Azərbaycan Dağlıq Qarabağla bağlı ciddi məsələlər müzakirə edir. Belə olan şəraitdə kütləvi aksiya keçirmək nəyə lazımdır? Sözünü de. İnternetdə, radioda, televiziyada de. Aksiya keçirmək istəyir buyursun ayrılan yerdə keçirsin. Tərəfdarları varsa buyursun keçirsin. Metronun çıxışında kütləvi aksiya keçirmək olar?».

Sonda hakim partiyanın rəsmisi bildirib ki, Azərbaycan demokratik ölkədir və heç bir problem yoxdur.
XS
SM
MD
LG