Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:48

Ənvər Əliyev: «Azərbaycanda yerin-göyün yiyəsi puldur»


Ənvər Əliyev
Ənvər Əliyev
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 20 illiyi ilə bağlı seriya söhbətlərimizi davam etdiririk. Bu dəfə suallarımıza Ənvər Əliyev cavab verir.

QISA TANITMA

Ənvər Əliyev 1951-ci il yanvarın 25-də doğulub. Lenin adına Pedaqoji İnstitutunu bitirib. Elmlər Akademiyasının Coğrafiya İnstitutunda çalışır. 1988-ci il «meydan hadisələri»nin aparıcı simalarından sayılır. 2002-ci ildən 2006-cı ilə qədər Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü olub. Hazırda İctimai Palatanın üzvüdür. Deməsinə görə, «meydan hadisələri»ndən bəhs edən «Meydan sirləri» adlı kitab yazıb. Ancaq maddi problemlər üzündən həmin kitabı çap etdirə bilmir. Ənvər Əliyev deyir ki, «Meydan sirləri» tarixi faktlara və istintaq materiallarına söykənir:

«BU, AZƏRBAYCANDAKI SOSİAL ƏDALƏTSİZLİK VƏ SİYASİ QURULUŞUN FACİƏSİDİR»

«Tarixən belə olub. Azərbaycanın əziyyətini, zülmünü çəkənlərlə onun səfasını çəkənlər ayrı-ayrı qütblərdə olub. Bu, Azərbaycandakı sosial ədalətsizlik və siyasi quruluşun faciəsidir».

- Ənvər bəy, bir çox insanların fikrincə, müstəqilliyə yol «meydan hərəkatı»ndan keçdi. 1988-ci il «meydan hərəkatı»nı əvvəlcə Qorxmaz İbrahimli, sonra Siz və ən nəhayət, Nemət Pənahlı idarə edirdi. O günləri necə xatırlayırsınız?

- Meydan hadisələri elə-belə baş vermədi. Bu hərəkat əsasən Aqanbekyanın Azərbaycana qarşı bədnam çıxışının bir illiyi ilə bağlı etirazlardan sonra başladı. Əvvəlcə akademiyanın zalında toplantı oldu, bu, sonra tələbə etirazları ilə müşahidə olundu və nəhayət, keçmiş Lenin meydanında noyabrın 17-dən dekabrın 5-ə kimi izdihamlı nümayişlər keçirildi.

- Ənvər bəy, meydan hadisələri haqqında müxtəlif dəyərləndirmələr var. Bəzi insanlar düşünür ki, onda bu proseslərin arxasında hakimiyyətə can atan qüvvələr dururdu. Məsələn, mərhum Heydər Əliyevin adı çəkilir. Hətta deyirdilər ki, Siz də onların adamı olmusunuz.
. Hətta müstəntiqlərin özləri dəhşətə gəlirdi ki, adi bir elmi işçi bu qədər insanları meydana necə yığa bilər?
Sizə akademik Cəlal Əliyevin aspirantı deyirdilər.

«BİZ GÖSTƏRİŞLƏRİ MOSKVADAN HEYDƏR ƏLİYEVDƏN ALIRDIQ...»

- Bu, şayiədir. Hətta müstəntiqlərin özləri dəhşətə gəlirdi ki, adi bir elmi işçi bu qədər insanları meydana necə yığa bilər, meydanı səhvsiz necə idarə edə bilər? Müstəntiqlər özləri də gördü ki, mənim onlarla heç bir bağlantım yoxdur. Başladılar bu hərəkata ləkə yaxmağa. Ancaq orada ləkə yox idi. Şəxsən öz adımdan deyirəm. Ancaq bəzi məsələlər olmuşdu. «Şəhriyar» klubunda meydan hadisələrinin 10 illiyinə həsr olunan toplantıda da Bakı şəhər İcra Hakimiyyətinin başçısı mərhum Rafael Allahverdiyev açıqca dedi ki, biz göstərişləri Moskvadan Heydər Əliyevdən alırdıq...

- Meydan hadisələrinin istintaqında maraqlı nə oldu?

- Ən maraqlı o oldu ki, mitinqlərdə mikrofondan «xalq» qışqıranlar istintaqa dedilər ki, ora Mərkəzi Komitənin tapşırığı ilə getmişik. Başqa bir qrup isə dedi ki, meydanı dağılmağa Ənvər Əliyev qoymadı. Üçüncü bir qrup isə ermənilərlə dostluqlarından danışdılar.

- Ancaq əslində meydanda bir neçə gündən sonra təşəbbüs Nemət Pənahlının əlinə keçdi. Bu necə oldu?

«MƏNİ MİLİS MEYDANA BURAXMADI»

- Bir gün məni milis meydana buraxmadı. Mərhum Xəlil Rza da yanımdaydı. Sonrakı günlər də mən tribunaya buraxılmadım. Artıq mənim ətrafımda olan gənclər də Nemət Pənahlının ətrafına toplaşmışdı. Məni bir də meydana onda buraxdılar ki, artıq ordu gəlmişdi...

- Ənvər bəy, Siz bir qədər əvvəl dediniz ki, Azərbaycanın əziyyətini, zülmünü çəkənlərlə onun səfasını çəkənlər ayrı-ayrı qütblərdə olub. Buna nə nümunə göstərə bilərsiniz?

- Mən birinci nümunə kimi xalq cümhuriyyətinə olan münasibəti göstərmək istəyirəm. Onlar 91 il əvvəl ali dərəcədə, ilahi dəyərdə məmur ləyaqəti, vətənpərvərlik nümayiş etdiriblər. Mən indi bunun heyfini çəkirəm. Şaumyana, Fioletova heykəl qoyulan ölkədə onlar yada düşmürdü. İndi heç bir əzab-əziyyət görməyən,
Sovet İttifaqı Kommunist Partiyasının əvəzinə YAP, Brejnev yerinə Heydər Əliyev yazan insanlar hakimiyyətdədir
Sovet İttifaqı Kommunist Partiyasının əvəzinə YAP, Brejnev yerinə Heydər Əliyev yazan insanların hakimiyyətdə olması buna ikinci nümunədir. Üçüncü nümunə isə odur ki, vətəni üçün ailəsindən, canından keçən insanlar qəpik-quruşa yaşayırlar.

«AZƏRBAYCANDA YERİN-GÖYÜN YİYƏSİ PULDUR»

- Ənvər bəy, Siz 2002-ci ildən 2006-cı ilə qədər MSK-nın üzvü olmusunuz. MSK-nın qısa dönəmdə üzvü olan Gülağa Aslanlıdan başqa Siz yeganə şəxssiniz ki, seçki protokollarını imzalamamısınız...

- Yox, AXCP-dən qısa dönəmdə MSK üzvü olan Mənsum Bayramov da olub. O da seçki protokolu imzalamadı. Mən Vidadi Mahmudlunun da xidmətlərini unuda bilmərəm. Düz 4 il, 2002 referendumunda, sonra bələdiyyə və prezident seçkilərində protokolları imzalamadı. Özünü qətiyyətli, mərdanə apardı. Bircə 2005-ci il parlament seçkilərində protokolları imzaladı. Bu da bəzi müxalifətçilərin nalayiq hərəkatına ikrah hissindən baş verdi.

- Hər halda, Siz yeganə şəxsiniz ki, uzun dönəmdə heç bir protokol imzalamamısınız. Sizcə başqaları niyə imzaladı?

- Azərbaycanda indi real müxalifətçi olmaq, öz sözünü demək çətindir. Hətta Sovetlər dönəmi ilə müqayisədə çətindir. İkincisi, üzr istəyirəm, Azərbaycanda yerin-göyün yiyəsi puldur. Nəhayət, üçüncü əqidə və inqilabi təfəkkürün lazımı səviyyədə olmaması. İndi vəzifə uğurunda mübarizə aparanlar əqidə uğurunda mübarizə aparanlardan çoxdur. Milli azadlıq hərəkatı müstəqilliklə nəticələndi. Ancaq hələ demokratiya bərqərar olmayıb. Bu, ondan irəli gəlir ki, Azərbaycanı tam müstəqil, demokratik və ləyaqətli bir ölkə kimi görməli olan qüvvə hələ tam yetişməyib.
XS
SM
MD
LG