Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:20

Ülkər Ucqar. Bu gecə mənim


Yetişdikcə

nar kimi

çatlayan bu gecə

mənim!

Göy məçidimizin itən

kərpiclərini

qumral gözlərindən

gilə- gilə

dərib yerinə quyum.

Təbriz zəlzləsinə bir daha gəl demişəm

bu gecə.

Məçid çaxırlı

Boyalar sərxoş

aç gözlərini

bizim naxışları ver!

Məçid çaxırlı

Boyalar sərxoş

ağ dunla önümdə səmaha gələn bu gecə

mənim!

“Yürü gözəl yürü yolundan qalma!

İyidin alnına yazılan gəlir..” *

Getmək istəyənlərin səmahına

ayağı gələn iyid qurbanı!

Haraya baş götürmək istəsən

götür bu gecə

mən yazıram alnını

İyidciyim canım!

Tanrının barmaqları xınalı.

Dan sökülmədən

addımların

dönəsi

getdiklərin

dönəsi.

Nar danalıram sənə!

Gülgəz nar

bu gecə

mənim!

Sən

bu gecə

mənim!

Alnına yazılan

bu gecə

mənim!


1390.3.10

________
*Bir qızılbaş səmahi

Facebook
XS
SM
MD
LG