Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:51

Bəxtiyar Hacıyev Türkiyə və Rusiya səfirliklərinə müraciət edib


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev Türkiyə və Rusiya səfirliklərinə müraciət edib ki, onun məhkəmə prosesində iştirak etsinlər.

Bu barədə «Bəxtiyara dəstək» kampaniyasının üzvləri məlumat yayıblar.

Məlumatda qeyd olunur ki, indiyə qədər keçirilən məhkəmələri ABŞ, Böyük Britaniya səfirlikləri, ATƏT nümayəndələri yaxından izləyiblər.

Bəxtiyar Hacıyev istəyir ki, 5 iyulda keçiriləcək Appelyasiya baxışında regionda xüsusi yerə malik dövlətlər kimi Türkiyə və Rusiya səfirliklərinin təmsilçiləri də iştirak etsin.

Hərbi xidmətdən yayınmada ittiham olunan gənc fəal Bəxtiyar Hacıyev bu ilin mayında Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib.

İyunun 23-də hökmdən verilən appelyasiya şikayətinə ilkin baxış zamanı vəsatətlər təmin edilməyib və hakim prosesi iyulun 5-nə təyin edib.
XS
SM
MD
LG