Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:58

Ramiz Rövşən. Divar


Varaq deyil, divardı bu,
Başımı vurduğum divar.
Cırmaqlaya-cırmaqlaya
Yorulub durduğum divar.

Bir tək-tənha ağac kimi
Dibində bitdiyim divar.
Ağlayanda balınc kimi
Üzümü sürtdüyüm divar.

Varaq deyil, divardı bu.
Gendən ağarar hər gecə.
O üzündən kimsə məni
Səslər, çağırar hər gecə.

Mən ölsəm, deməyin təkəm,
ağlayın bizə ağlayın.
Məni deyib haray çəkən
o yetim səsə ağlayın.
Bu divarın bu üzündə
ölən Ramizi basdırın,
Bu divarın o üzündə
qalan Ramizə ağlayın...
XS
SM
MD
LG