Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:25

Hakimiyyət sülaləsində qadınlar


Yinqluk Şinavatra
Yinqluk Şinavatra
«Qoy, səsinizi Dubay da eşitsin!».

Xanım Yinqluk Şinavatra (Yingluck Shinawatra) Tailandda izdiham qarşısında belə çağırış etməklə əslində, özünün siyasi sədaqətini büruzə verir. Dubayda onun devrilmiş qardaşı, sabiq Baş nazir Taksin Şinavatra (Thaksin Shinawatra) yaşayır. Xanım Şinavatra başqa bir mitinqdə isə kütləyə müraciətlə demişdi: «Siz mənim qardaşımı sevirsinizsə, onun bacısına da şans verərsiniz».

Tailandlılar bu şansı ona verdilər və Yinqluk iyulun 3-də keçirilən ümumxalq seçkilərində qələbə qazandı.

Hazırda dünyada sabiq liderlərin 20-dən artıq qadın qohumu ölkə siyasətində fəal iştirak edir. Onlar arasında 3 prezident/baş nazir, ən azı 10 prezidentliyə namizəd və ya ana müxalifət partiyası lideri var. Tarixin heç bir dövründə qadınlar sülalə hakimiyyətində bu qədər rol oynamayıb.

İki ölkə var ki, qız övladının önə çıxması xüsusi faktorla izah olunur. Cənubi Koreyada Pak Qın Xe (Park Geun-hye), Peruda isə Keyko Fuximori (Keiko Fujimori) «Birinci xanım başmağı»nı erkən yaşlarından «geyməli» olublar.
Kristina Fernandes və Dmitri Medvedev
Birincinin anası qətlə yetirilmişdi, ikincinin atası isə prezident olarkən anasından boşanmışdı.

Bəzi ailələr öz hakimiyyətlərini prezident postunu ərdən arvada ötürməklə qoruyub saxlayırlar. Kristina Fernandes (Cristina Fernández) Argentinanın prezidenti postunu əri Nestor Kirşnerdən (Néstor Kirchner) alıb.

Prezidentliyə iddialılar arasında liderlərin qız övladları da var - Cənubi Koreyada Pak Qın Xe, Fransada Marin Le Pen (Marine Le Pen), Peruda Keyko Fuximori, Qvatemalada Zuri Rios Montt (Zury Ríos Montt), Qazaxıstanda Dariqa Nazarbayeva. Ola bilsin ki, yeni qadın nəsli hakimiyyəti kişi sələflərindən daha yaxşı idarə etsin. Amma bu, istənilən halda sülalə hakimiyyəti olacaq -- etibarsızlığı, ailədaxili rəqabəti və məsuliyyətsizliyi özü ilə birlikdə gətirən sülalə hakimiyyəti.
XS
SM
MD
LG