Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:35

Vatikanda tapılmış Azərbaycana aid əsərlər artıq Bakıdadır


Vatikanda tapılmış əlyazmalar artıq Bakıdadır
Gözlə

No media source currently available

0:00 0:01:35 0:00
Direct-ə keçid

Vatikanda Azərbaycana aid 60-a yaxın əlyazma tapılıb, onların çoxu artıq Bakıya gətirilib


Vatikanın gizli arxivində Azərbaycan haqda nə sənədlər var?

Vatikan Məxfi Arxivlərində Azərbaycana aid aşkarlanan əsərlər, daha doğrusu əlyazmaların sürətləri artıq ölkəyə gətirilib. Milli Elmlər Akademiyasının belə deyir. Fərid Ələkbərli bu ilin əvvəlində Vatikanda - Apostol kitabxanasında araşdırma aparıb.

Nəticədə burada tapılmış 60-a yaxın orta əsr Azərbaycana aid əsər və sənəd tapılaraq bu kitabxanadan alınıb:

«Apostol kitabxanasından 60-a yaxın əlyazmanı ödənişli əsaslarla aldıq, artıq 40-a yaxını bizə gəlib çatıb, 20-i də gələcək. Onların arasında elə unikal əsərlər var ki, indiyədək onların varlığı azərbaycanlılara heç məlum da deyildi. Elə orta əsr müəllifləri var ki, onların kitabları heç bizdə olmayıb. Elə müəlliflər də var ki, bizdə əsərləri var, amma başqa qiymətli əlyazmaları da Vatikandaymış. Məsələn, Nizami Gəncəvinin «Xəmsə»si, Şıxabədin Süxrəverdinin (13-cü əsr filosof olub), Əbdülqadir Marağayinin əsərləri var. Hinduşah Naxçivaninin də riyaziyyata dair əsərləri tapılıb.

Bu əsərlərin içərisində indiyədək bizə məlum olmayan çox gözəl hekayələr kitabı var. Folklor nümunəsidir, XV əsrə aiddir. O əsərin mövcudluğu haqda bizdə məlumat yox idi. Bu əsər bizim ədəbi dilimizin qədimliyini sübut edir. Yəni həddən artıq əhəmiyyətli kitablar var ki, onların Azərbaycana gətirilməsi vacibdir».

AZƏRBAYCAN ƏSƏRLƏRİ TÜRKİYƏ VƏ İRAN ADI ALTINDA

Fərid Ələkbərli danışır ki, Aposkol kitabxanasında Azərbaycan adı altında seçənək olmadığından bu ölkəyə aid əlyazmaları tapmaq da xeyli çətin işdir. Deyir ki, Azərbaycana aid əsərlər daha çox Türkiyə, İran adı altında saxlanır. Aşkarlanan əlyazmaların isə Azərbaycana təbii ki, orijinal nüsxəsi yox, sadəcə CD-yə yazılmış sürəti verilib. Bu nüsxələrin instituta neçəyə başa gəldiyini isə Fərid Ələkbərli açıqlamamağı üstün tutur:

«İstəməzdim rəqəmləri deyim, amma bu məbləğ Azərbaycan üçün heç nədir. Hətta bizim institutumuz üçün də çox ucuzdur».

M.Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri Fərid Ələkbərli
AZƏRBAYCAN HÖKMDARLARI ROMA PAPALARI İLƏ YAZIŞIRMIŞ

Fərid Ələkbərli deyir ki, üzə çıxardığı sənədlər arasında Roma papalarının Azərbaycan hökmdarları ilə yazışmaları da var. Bu sənədlərin araşdırılması isə nəticə etibarı ilə hətta Azərbaycan tarixinə yeni faktların əlavə olunmasına gətirib çıxara bilər:

«Həmin yazışmalarda elə siyasi məqamlar var ki, indiyədək bizə məlum deyil. Onlar araşdırılmalıdır. Çox maraqlı yeni təfərrüatlar ortaya çıxır. Onları araşdırandan sonra Azərbaycan tarixinə yeni bir baxış da ola bilər, bugünədək məlum olmayan faktları tariximizə əlavə edə bilərik».

ARAŞDIRMA BUNDAN SONRA DA DAVAM ETDİRİLƏCƏK

Fərid Ələkbərlinin dediyinə görə, bu vaxtadək Vatikan kitabxanasından yalnız «Kitabi Dədə Qorqud»un sürətini almaq mümkün olmuşdu. Amma bu siyahıya 60 əsəri əlavə etməklə də iş bitmir. Vatikanda Azərbaycana aid digər əsərləri də araşdırıb üzə çıxarmaq üçün vaxt lazımdır. Fərid Ələkbərli deyir ki, Apostol kitabxanasında axtarışlarını bundan sonra da davam etdirəcək. Bununla yanaşı artıq ölkəyə gətirilən və daha çox ərəb-fars dillərində olan əsərlər tərcümə olunacaq, üzərlərində tədqiqat aparılacaq.
XS
SM
MD
LG