Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:41

İlham Əliyev Norveç kralına başsağlığı verib


Prezident İlham Əliyev iyulun 22-də Osloda törədilən terror aktları ilə əlaqədar Norveç Kralı Əlahəzrət V Haralda başsağlığı verib.

Məlumatı prezidentin rəsmi saytı yayıb.

«Oslo şəhərində törədilmiş terror aktları nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi olduqca sarsıtdı. Biz bu dəhşətli hadisələrdən son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyirik. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Norveç xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm» - prezident başsağlığında deyib.
XS
SM
MD
LG