Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:31

Bəxtiyar Hacıyevin profilini ələ keçiriblər


Bəxtiyarın profilindən kimsə yazır
Bəxtiyarın profilindən kimsə yazır
Həbsdə olan fəal, millət vəkilliyinə keçmiş namizəd Bəxtiyar Hacıyevin «Facebook» sosial şəbəkəsindəki dostları bir-iki gün əvvəl onun statuslarını oxuyanda, təəccübləniblər. Statuslarda bu mesajların həbsxanadan göndərildiyi yazılsa da, şəbəkə dostları arasında buna inanan tapılmayıb:

«Avqustun 1-də axşam vaxtı xəbər tutduq ki, Bəxtiyarın profilindən kimsə yazır. Bilmirik ki, niyə belə ediblər. O adam yazdı ki, xüsusi tapşırığı yerinə yetirir. Amma əvvəlcə yazmışdı ki, Bəxtiyardır, həbsxanadan yazır. Amma həmin gün mən Bəxtiyarla görüşmüşdüm, bilirdim ki, həbsxanada internetə girmək üçün şərait yoxdur».

Bunu Bəxtiyarın qardaşı Vüqar Hacıyev deyir. Onun fikrincə, kimsə təxribat törətmək niyyəti ilə bu addımı atıb.

«PAROLU ƏLƏ KEÇİRƏN KİMİ MƏNƏ EV, PUL VERDİLƏR»

Məsələn, «Bəxtiyar Hacıyev» bir QHT rəhbəri ilə dialoqda yazıb: «Xaricdən pul almaqdansa, dövlətinə işlə, xalqını sev, dövlətin də sənə baxsın, qayğına qalsın Sorosun əli əsə-əsə verdiyi 100 mindən yaxşıdır dövlətə xidmət». Sonra isə yazır ki, «sağ ol, brat, bir həftədir Frankfurtda idim, gəldim, çox böyük çətinliklər gördüm, amma sağ olsunlar, profili ələ keçirən kimi mənə ev pul, villa verildi, işlə də təmin olundum».

«YAZDIQ Kİ, HESABI DONDURUN»

Bəxtiyar Hacıyevin «Facebook» səhifəsində dostları yazıblar ki, Bəxtiyarın profili sındırılıb, bu statusda yazılanları ciddiyə almasınlar. Bəxtiyarın sosial şəbəkədə dostu olan Nərmin Əhməd AzadlıqRadiosuna deyir ki, onlar parolun sındırılmasından xəbər tutan kimi «Facebook»un rəhbərliyinə məktub yazıb, hesabın
Natiq Ədilov
dondurulmasını istəyiblər:

«Yazdıq ki, bu profilin sahibi həbsdədir və o, həbsdən çıxana qədər hesab dondurulsun. Biz cavab almadıq, amma hesabda bir hərəkətsizlik müşahidə elədik. Bəlkə də artıq hesaba girişə məhdudiyyət yaranıb».

«KLONUMLA BACARMIRAM»

Bir müddət öncə AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Ədilovun da parolu sındırılıb. O deyir ki, öz profilini bərpa etmək üçün «Facebook» rəhbərliyi ilə danışıq aparıb, amma «Natiq Ədilov» adlı saxta profilin qabağını ala bilməyib. Heç hüquq-mühafizə orqanlarına müraciət də etməyib ki, faydası yoxdur:

«Həmin adam AXCP sədrinin müavini Fuad Qəhrəmanlının parolunu sındırıb, bu profili mənim imzamla adlandırdı. İndi öz profilimdə nə dəyişiklik edirəm, o, da dərhal bunu edir».

«CİNAYƏT MƏSULİYYƏTİ VAR»

Azərbaycan Kibercinayətkarlıqla Mübarizəyə dair Beynəlxalq Konvensiyaya qoşulub. Bəs bu cür hallar – yəni şəxsi elektron poçtlara müdaxilə, saytlarda profillərin sındırılması - bunlar kibercinayətkarlıq əməli sayılırmı?

Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun rektoru Rasim Əliquliyev deyir ki, elektron poçtlar,
Emin Hüseynzadə
sayt profilləri fərdi məlumat sayılır. Fərdi məlumatların qeyri-qanuni əldə olunması cinayət əməlidir, bunu edənlər cinayət məsuliyyəti daşıyır.

PAROLU SINDIRMAQ ÜÇÜN PULLU XİDMƏT?

İnformasiya təhlükəsizliyi üzrə ekspert Emin Hüseynzadə deyir ki, artıq profilləri sındırmaq üçün xidmətini təklif edən agentliklər fəaliyyət göstərir. Bu isə insanları informasiyalarının ələ keçirilməsi təhlükəsi ilə üz-üzə qoyur.

Emin Hüseynzadə təklif edir ki, bu cür kibercinayətkarların hədəfinə tuş gəlməmək üçün parolların qorunması yolları öyrənilməlidir:

«İnternetdə pulla profil sındırmasını təklif edənlər varsa, informasiya təhlükəsizliyi problem olaraq qalacaq. Bu halların qarşısının alınması üçün bu adamlar tapılıb üzə çıxarılsın».

MTN-NİN ƏMƏLİYYATLARI VAR

Azərbaycanda kibercinayətkarlıqla Milli Təhlükəsizlik Nazirliyi mübarizə aparır. Nazirliyin rəsmi saytında bildirilir ki, 2007-ci ildə bankomatlardakı şəxsi hesablardan pul oğurlayan transmilli mütəşəkkil dəstə zərərsizləşdirilib, 8 nəfər, o cümlədən 2 xarici vətəndaş cinayət məsuliyyətinə cəlb edilib. 2008-ci ildə isə qeyri-qanuni xaricə zənglər təşkil edən şəxslər zərərsizləşdirilib.

Sonrakı illərdə də kibercinayətkarlıqla məşğul olan yerli və xarici vətəndaşlar həbs olunub. Nazirliyin məlumatına görə, 2011-ci ildə bir cinayət işi açılıb, bir nəfər cinayət məsuliyyətinə cəlb edilib. Amma nazirlik 2008-ci ildən sonra qaldırılan cinayət işlərinin motivləri barədə məlumat verməyib.
XS
SM
MD
LG