Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:19

Eks-prezidentlər


Fazil Mustafa
Eks-prezidentlər haqqında qanun layihəsinin müəllifi, deputat Fazil Mustafa, mərhum prezident Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli və hüquqşünas Erkin Qədirli eks-prezident statusu barədə fikirlərini bölüşürlər.

Fazil Mustafa:

«Eks prezident Bakıya gəlib. Allah rəhmət etsin. Oğlu rəhmətə gedib. Oğlunun dəfninə gələn adamı hüquq tələb edir ki, həbs edəsən. Amma siyasi motivlər, xalqın mentaliteti, əxlaqi dəyərləri tələb edir ki, övladının yasında iştirak etsin. Bu iki anlayış bir-biri ilə ziddiyyət təşkil etməyə başlayır. Ona görə də bu kimi məsələlərdə daha uzaqgörən davranaraq, müəyyən hüquqi proseduralara əməl edilməsi vacibdir ki, belə situasiyalarla üz-üzə qalmayasan…».

Aqil Səmədbəyli:

Aqil Səmədbəyli
«Bu, Azərbaycandakı hakim siyasi zehniyyətlə birbaşa bağlı olan məsələdir. Eyni zamanda, Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovun 19 il sürgündə yaşaması Azərbaycan dövləti üçün utancverici hadisədir. Sivil cəmiyyətlərdə hakimiyyətdə olan şəxslər ömürlərinin sonuna qədər dövlətin onlara verdiyi statusdan faydalanırlar. Onların hər cür qayğı ilə əhatə olunması birbaşa dövlətin vəzifəsi kimi qəbul olunur. Cəmiyyət də o insanlara o cür hörmət bəsləyir. Bu, bir siyasi mədəniyyətdir. Bu mənada çox təəssüflər olsun ki, Azərbaycanda hələ qanuni olaraq eks-prezident yoxdur. Azərbaycan qanunlarına baxsaq, belə çıxır ki, indiyədək Azərbaycanın prezidenti olmayıb. Bu, Azərbaycanın siyasi hakimiyyətinin yanaşmasıdır…».

Erkin Qədirli:

Erkin Qədirli
«Ayaz Mütəllibov tarixə imza atmış bir adamdır. Bu il 20 illiyini qeyd etdiyimiz müstəqillik aktını imzalayıb. Adamın tarixdə imzası var. Adam ölkənin ilk prezidentidir. Bunu dəyərləndirmək lazımdır. Bunu inkar etmək olmaz. 20 ildir müstəqilik və bu 20 ildə bizim 6 prezident seçkimiz olub. Ayaz Mütəllibov yeganə sağ olan prezidentdir. 20 il ərzində 6 prezident seçkilərindən sonra tək bir eks-prezidentin olması da çox üzücü bir mənzərədir. Bu o deməkdir ki, bizim qəlibləşmiş, durğunlaşmış siyasi sistemimiz var. Dəyişilməyən, eyni adamların hakimiyyətdə uzun müddət qalaraq əvvəl hakimiyyətdə olanları danan, onların rolunu inkar edən siyasi sistemimiz var. Səhvləri varsa, onu da düz əməlli açıb demirlər axı...».

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG