Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:50

Sülh və Demokratiya İnstitutunun ofisi sökülüb (VİDEO və fotolar)


Sülh və Demokratiya İnstitutunun ofisi sökülüb
Gözlə

No media source currently available

0:00 0:04:23 0:00
Direct-ə keçid

Sülh və Demokratiya İnstitutunun paytaxt Bakının Şəmsi Bədəlbəyli küçəsində yerləşən ofisini avqustun 11-də sökülüb. Sülh və Demokratiya institutunun rəhbəri Leyla Yunusun həyat yoldaşı Arif Yunus Azadlıq Radiosuna deyib ki, ofisi sökməyə gələnlər qaz s

Sülh və Demokratiya İnstitutunun paytaxt Bakının Şəmsi Bədəlbəyli küçəsində yerləşən ofisi avqustun 11-də axşam saatlarında sökülüb.
Hadisə yerində olan AzadlıqRadiosunun müxbiri xəbər verir ki, adamlar ofisdə ola-ola polis və mülki şəxslərin nəzarəti altında texnikanın və fəhlələrin köməyi ilə ofisin sökülməsinə başlanıb.
Sülh və Demokratiya institutunun rəhbəri Leyla Yunusun həyat yoldaşı Arif Yunus Azadlıq Radiosuna deyib ki, ofisi sökməyə gələnlər qaz sayğacına baxmaq istədiklərini bildirblər və içəri girən kimi ofisin pəncərələrini sökməyə başlayıblar.
Ərazidə olan Bakı şəhər icra hakimiyyətinin nümayəndəsi baş verənləri AzadlıqRadiosuna şərh etməkdən imtina edib.

Bir müddətdir ki, «Qış Parkı»nın salınması ilə əlaqədər Şəmsi Bədəlbəyli küçəsindəki evlərin söküntüsünə başlanıb. İşi dövlət qurumlarından ibarət köçürmə komissiyası həyata keçirdir.

Amma bəzi sakinlər, o cümlədən də Azərbaycanda insan haqlarının müdafiəsi ilə məşğul olan Sülh və Demokratiya İnstitutu bu ərazidə yerləşən mülkiyyətindən çıxmaq istəmirdi. Sakinlər rəsmilərin təklif etdikləri kompensasiyanın onların əmlakının dəyərindən az olduğunu deyirdilər.








XS
SM
MD
LG