Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:38

Şahid sindromu...


Yalçın İmanov
Yalçın İmanov
«İşdən sonra» proqramında vəkillər Yalçın İmanov, Elçin Namazov və psixoloq Dəyanət Rzayev siyasi məhkəmələrdə şahid ifadələrini dəyərləndirirlər.

Yalçın İmanov:

«Azərbaycan reallığında şahid cinayət prosesinin iştirakçısı olduğunun fərqində deyil. Bunu qatıldığımız həm siyasi, həm qeyri-siyasi proseslər təsdiq edir. Bu, bir tərəfdən şahidin özünün günahıdırsa, digər tərəfdən məsuliyyət payı istintaq orqanının üzərinə düşür. Son siyasi proseslərdə isə biz çoxsaylı şahid ifadələrinə rast gəlirik. Gülsatan, limonsatan, kontursatan, əksəriyyətini isə polis şahid ifadələri təşkil edir. Bu ifadələrin özü o qədər maraqlı, o qədər eksklüzivdir ki, yaradıcı insan üçün həmin prosesdə iştirak etmək böyük bir ilham mənbəyinə çevrilə bilər.
Elçin Namazov
Bu məhkəmələrdən öz yaradıcılığında istifadə etməsi üçün...».

Elçin Namazov:

«Şahidləri 3 növə ayırmaq olar. Daha çox tabelikdə olan şəxslər, asılılıqda olan şəxslər, tabeçiliyi və asılılığı olmayan məcbur edilən şəxslər. Tabelikdə olan hissəyə polislər və ya hərbi komissarlığın işçiləri aid edilir. Onlara göstəriş verilir ki, gedib bu formada ifadə vermək lazımdır. Asılılıqda olanlar əvvəllər hər hansı cinayət törətmiş şəxslər və yaxud qeyri-qanuni ticarətlə məşğul olan şəxslərdir. Yəni, polislə münasibətləri olan, onlardan asılı olan şəxslərdir. Belə şəxslərdən siyasi sifarişlə həyata keçirilən bütün məhkəmələrdə, o cümlədən cinayət işinin istintaqı zamanı istifadə olunur. Məcbur edilən şəxslərə gəldikdə isə, onlar hədə-qorxudan, problem yaradılacağından qorxaraq gəlib ifadə verirlər…».

Dəyanət Rzayev
Dəyanət Rzayev:

«Burda daha çox qorxu faktoru rol oynayır. Pula görə gedib yalançı şahidlik edəni başa düşmək olar. Heç bir məqsəd güdmədən, motivasiyası olmadan gedib yalançı şahidlik edənlər haqda deyə bilərik ki, onlar qorxurlar. Bizdə insanlar nəyə görə isə hüquq-mühafizə orqanlarından qorxur. Bizdə «polis mənim dostumdur» anlayışı yoxdur. İnsanlar fikirləşir ki, getməsəm, məni nəsə edəcəklər, mənim övladlarım var və s. Belə faktorlar var. İnsanlar qorxusunun ardınca gedir. Həmin yalançı şahidlər elə bilir ki, həmin hüquq-mühafizə orqanları onlara hörmət edir. Elə deyil. Əksinə elə insanları heç kim qəbul etmir. Onlar mənəviyyatsız, alçaq insan hesab olunurlar. Hər bir tərəfdən…».

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG