Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:49

Nasist diktatorunun sevimli müğənnisi 108 yaşındadır və hələ də oxuyur


Tanınmış aktyor və estrada müğənnisi (tenor) Johannes Heesters 1903-cü ildə Hollandiyada doğulub.

O, dünyada fəaliyyətini davam etdirən ən yaşlı aktyor və müğənni sayılır.

Amma onun 90 illik karyerası ziddiyyətli dövrləri ilə də yadda qalıb.

Karyerasının əvvəlində bir sıra operetta və musiqili filmlərdə rollar ifa edən Heesters 1935-ci ildə ailəsi ilə birlikdə Almaniyaya köçür.

30-40-cı illərdə Almaniyadakı fəaliyyəti onun ulduzunun parlaması, məşhurlaşması dövrü olur.

Heesters nasist diktatoru Adolf Hitlerin sevimli müğənnisi idi.

O, təkcə Hitler, Gerinq kimi nasist liderlərinin qarşısında çıxışlar etməyib, həm də müharibə dövründə davamlı şəkildə nasist ordusunun əsgərlərinə baş çəkib, onlar qarşısında çıxışlar edib.

Hətta iddialara görə, o, nasistlərin yaratdıqları Daxau düşərgəsinə də gedib.

Amma sənətçinin özü heç zaman həbs düşərgələrində qatil nasistlər qarşısında çıxış etmədiyini bildirir.

Heestersin bir sıra yüksək vəzifəli SS rəsmiləri ilə də dostluq etdiyi faktdır.

Müharibədən sonra o, bir müddət filmlərdə çəkilib.

Daha sonra diqqətini müğənnilik karyerasına yönəldərək dalbadal albomlar buraxıb.

Nasistlərlə əməkdaşlıq etməsinə baxmayaraq tanınmış sənətçi müharibədən sonra
Johannes Heesters nişanlısı Luiza ilə. 1928

Almaniyada ciddi təpkilərlə üzləşməyib.

Yalnız Almaniyanın bəzi şəhərlərindəki çıxışları zamanı nasist əleyhdarları ona qarşı kiçik etirazlar təşkil ediblər.

Son illərdə o səhnədə seyrək görünür. Müzikllərdə kiçik partiyalar ifa edir.

Səbəb – çox qocalması və demək olar ki, gözlərinin görməməsidir.

2008-ci ildə onun Almaniyada televiziya proqramı zamanı dedikləri qalmaqala səbəb olub.

Sənətçi - Hitlerin cinayətlərinə bəraət qazandırmadığını söyləsə də, bir neçə dəfə görüşdüyü nasist liderinin bir insan kimi ona xoş təsir bağışladığını qeyd edib. Qalmaqal böyüdükdən sonra Heesters “axmaq sözlərinə görə” üzr istəyib.
XS
SM
MD
LG