Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:20

Əliağa Kürçaylı. Səninkidir


Nə çox pəncərə var şəhərimizdə,
Ən çox işıqlısı...
O səninkidir!
Gör neçə qağayı üzür dənizdə,
Ən ağı-bəyazı
O səninkidir!

Nəzər sal xurmayı, sarı saçlara,
Ən tündü, qarası...
O səninkidir!
Qəlbimi bəzəyir neçə min yara,
Ən dərin yarası...
O səninkidir!

Mənim borc alınmış bir həyatım var.
Əmanət bir həyat...
O səninkidir!
Mənim şair kimi ülvi adım var,
Ləkəsiz, təmiz ad...
O səninkidir!
XS
SM
MD
LG