Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:12

NATO Qaddafinin axtarışında üsyançılarına kömək edir


NATO Muammar Qaddafinin axtarışında Liviya üsyançılarına kömək edir.

Bunu Britaniyanın müdafiə naziri Liam Fox Sky News telekanalına müsahibəsində deyib. Üsyançılar isə Qaddafini tutan və ya öldürən adama bir milyon dollar mükafat və amnistiya vəd edib.

Muammar Qaddafi üsyançıların onun Tripolidəki iqamətgahını ələ keçirməsindən sonra yoxa çıxıb. Bu arada Tripolinin müxtəlif rayonlarında döyüşlərin davam etdiyi bildirilir.

Fransa prezidenti Nikola Sarkozy bildirib ki, Qaddafi rejimi yıxılana qədər Fransa NATO-nun hərbi əməliyyatlarını dəstəkləyəcək.

Bu gün Türkiyənin İstanbul şəhərində Liviya üsyançılarının nümayəndələri qərbli tərəfdarları ilə ölkədəki vəziyyəti müzakirə edir.
XS
SM
MD
LG