Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:38

Əkbər Qoşalı. Səslər


Sən sağa gedərsən, sol səni səslər,


yatmağa gedərsən, yol səni səslər,


hər səsi çevirib söz etmək olmur,


qəlb kədəri gəzər, dil qəmi səslər.




Eyni yerdən gələr, başqadı adı,


başqadı səs dadı, başqa söz dadı,


səslərin gözəli qara sazdadı,


Kərəmi çağırar, Dilqəmi səslər.




Deyir, söz ölməyir, deyir, səs ölmür.


Bəs öləndən sonra nə üçün gəlmir?


Gəlməyinə gəlir,


eşidilməyir,


yoxsa keçəmməyir kəfəni səslər?!
XS
SM
MD
LG