Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 03:23

1993-cü ilin Gəncə qiyamı haqda kitab çap edildi


Əbülfəz Elçibəy hakimiyyətdən necə getdi? Surət Hüseynov niyə qiyam etdi? Heydər Əliyev necə hakimiyyətə sahib oldu?...

«Müxalifət» qəzetinin baş redaktoru Rövşən Kəbirlinin 1993-cü il Gəncə hadisələri ilə bağlı yeni kitabı nəşr edilib.

Müəllifin bildirdiyinə görə, «Cinayətimiz məğlubiyyətimizdir -Gəncə qiyamı» adlı kitabda 17 il əvvəl keçirilən məhkəmədə üzə çıxan, amma o dövr sensurasına görə yalnız onun şəxsi arxivində qalan fakt və sənədlər də əksini tapıb.

R.Kəbirlinin sözlərinə görə, maliyyə problemi ucbatından kitab məhdud sayda nəşr edilib.

Amma buna baxmayaraq o vaxt Gəncədə qətlə yetrilən Milli Qvardiya və MTN-nin Xüsusi Təyinatlı Dəstəsinin hərbçilərinin valideynlərinə kitab pulsuz veriləcək.

Bu, Rövşən Kəbirlinin ikinci kitabıdır.
XS
SM
MD
LG