Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:54

Berezovski Putini Qəddafi ilə müqayisə etdi


Vladimir Putin və David Cameron Moskvada görüşür. 12 sentyabr 2011
Vladimir Putin və David Cameron Moskvada görüşür. 12 sentyabr 2011
“Bu cür güzəştlərin, danışıqlara cəhdlərin adətən nəylə nəticələndiyi tarixdən məlumdur. Bunun ən son nümunəsi Liviyada Müəmmər Qəddafiylə danışıb anlaşmaq cəhdləri idi.

Onunla demokratik ölkələrin rəhbərləri də danışırdı. Britaniyanın keçmiş baş naziri Tony Blair də onunla görüşmüşdü. Mən hesab edirəm ki, bu, qətiyyən uzaqgörən olmayan bir siyasətdir.

Təəssüf ki indi də Britaniyanın baş naziri David Cameron Rusiya ilə danışıqların məsuliyyətini – tarixi cavabdehliyi öz üzərinə götürüb”.

Bunu Azadlıq Radiosunun rus xidmətinə verdiyi müsahibədə Londonda mühacir həyatı yaşayan rusiyalı biznesmen Boris Berzovski deyir.

O, Britaniyanin baş naziri David Cameronun Rusiyaya səfər edərək Rusiya rəhbərləri ilə, xüsusən baş nazir Putinlə danışıqlar aparmasını “səhv” adlandırır.

5 il əvvəl Londonda rusiyalı dissident, keçmiş rus kəşfiyyatçısı Litvinenko zəhərlənərək öldürüləndə yaxınları və dostları bu qətlin arxasında Rusiyanın o vaxtkı
Berezovski

prezidenti, indiki baş naziri Putinin dayandığını bildirmişdilər.

Britaniya vətəndaşlığı almış

Litvinenko Rusiya liderlərini kəskin tənqid edirdi

Qətlin arxasında Rusiyadakı qüvvələrin dayandığını Britaniya kəşfiyyatı da bəyan etmişdi, amma Rusiya Londonun qətlin icraçısı saydığı Luqovoyu həbs edib Britaniyaya vermək istəmir. İki ölkə arasında münasibətlər də buna görə soyuqdur.

Berezovski Cameronun Putinlə görüşünü yolverilməz adlandırır.

“Dünyanın öncül demokratik ölkələrindən birinin lideri, təsəvvür edin ki, şüurlu şəkildə Britaniya vətəndaşının Londondakı qətlinin arxasında dayanan şəxsin əlini sıxır”.

Moskvaya səfəri zamanı Cameron Rusiya prezidenti Medvedevlə danışıqlar aparandan sonra onunla birgə mətbuat konfransı keçirib.

Mətbuat konfransında bəlli olub ki, tərəflər Litvinenko məsələsindəki fikir ayrılığını aradan qaldıra bilməyiblər. Amma Cameron bildirib ki, bu həm də ikitərəfli iqtisadi əməkdaşlığı genişləndirməyin qarşısında maneə deyil.

Mətbuat konfransında hər iki lider 2010-cu ildə ölkələr arasında ticarət dövriyyəsinin rekord həddə çatdığını, 2011-ci ilin 8 ayında bu artımın davam etdiyini vurğulayıblar.

Litvinenko məsələsində əsas şübhəli şəxs Andrey Luqovoy indi Rusiya Dumasında deputatdır və ultramillətçiləri təmsil edir.

Litvinenkonun ölümündən əvvəl çap edilən və rus kəşfiyyatının öz şəhərlərində partlayışlar təşkil etdiyini iddia edən kitabı

Mətbuat konfransında Medvedev deyib ki,

Luqovoyun Britaniyaya verilmısi mümkün deyil

“Rusiya Konstitusiyasının 61-ci maddəsində deyilir ki, Rusiya vətəndaşı hüquqi prosedurlar, yaxud istintaq üçün xarici dövlətə təhvil verilə bilməz. Belə bir şey mümkün deyil və olmayacaq. Bunu anlamaq və hörmət etmək lazımdır”.

Cameron özüylə Moskvaya 20 nüfuzlu biznes liderindən ibarət heyət də gətirib. Onlar arasında hətta neft nəhəngi BP-nin də prezidenti var.

Amma Berezovski hesab edir ki, Moskvada və bölgələrdə xarici şirkətlərin tənsilçiliklərində əsassız yoxlamalar aparıldığı şəraitdə Rusiyanın biznes mühiti çətin ki onlar üçün cəlbedici ola...
XS
SM
MD
LG