Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:48

Ərəb qız maşın sürdüyünə görə şallaqlanacaq


Kral qadınlara səsvermə hüququ verir, maşın sürmək yox


Səudiyyə Ərəbistanında Shaima Ghassaniya adlı xanım məhkəmə tərəfindən 10 şallaq cəzasına məhkum edilib. Səbəb – bu xanımın krallıqda qadınların maşın sürməsinə dair qadağaya məhəl qoymamasıdır.

Əslində, qanunvericilikdə ərəb qadınlarının sürücülüyünü qadağan edən heç bir tələb yoxdur. Lakin yerli dini qanunlar zərif cins nümayəndələrinin sükan arxasına oturmasını qəbul etmir.

Associated Press-in məlumatına görə, bu, Səudiyyə Ərəbistanında qadınların maşın sürməsinə dair məhkəmədə çıxarılan ilk qərardır.

Maraqlısı odur ki, bu qərar kral Abdullahın məlum fərmanından 2 gün sonra qəbul edilib. Səudiyyə kralı ilk dəfə qadınların seçici kimi hüquqlarını tanıyan sərəncam vermişdi. Qərara görə, 2015-ci ildə qadınlar yerli icra orqanlarına seçkilərdə iştirak edə biləcəklər.
XS
SM
MD
LG