Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:38

Baş prokuror: «Korrupsiyaya qarşı mübarizə lazımi səviyyədə aparılmır»


Zakir Qaralov
Zakir Qaralov
«Korrupsiyaya qarşı mübarizə Baş Prokurorluğun əsas vəzifələrindən biridir. Hesab edirik ki, bu mübarizə hələ lazımi səviyyədə həyata keçirilmir».

Bunu jurnalistlərə açıqlamasında baş prokuror Zakir Qaralov bildirib.

O deyib ki, prezident İlham Əliyevin göstərişi ilə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi üçün əməli işlər görülür:

«Bu idarənin nəzdində mütəxəssislər qrupu yaradılıb, həmçinin əməliyyat axtarış fəaliyyəti bu idarəyə verilib, ştat tərkibi və əməkdaşlarının əməkhaqqı artırılıb. Qısa müddət ərzində ciddi tədbirlər həyata keçiriləndən sonra korrupsiyaya qarşı mübarizə tədbirləri daha ciddi şəkil alacaq».

Baş prokuror qeyd edib ki, bu ilin 9 ayı ərzində Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən korrupsiya halları ilə bağlı 101 cinayət işi məhkəmələrə göndərilib, 166 müxtəlif vəzifə tutan şəxslər cinayət məsuliyyətinə cəlb olunub:

«Hal-hazırda idarədə 88 cinayət işinin istintaqı davam etdirilir».

Z.Qaralov bank işçiləri barəsində açılan cinayət işlərinin sayının artmasına da münasibət bildirib:

«Hazırda bəzi bank işçilərinin qanun pozuntuları ilə bağlı istintaq tədbirləri həyata keçirilir».

TƏHSİL NAZİRLİYİNİN VƏZİFƏLİ ŞƏXSLƏRİ CİDDİ QANUN POZUNTULARINA YOL VERİBLƏR

«Məktəb tikintisi və təmir işləri zamanı ciddi yeyinti hallarına yol verilib».

Bunu da Zakir Qaralov deyib. O bildirib ki, həm bu işləri həyata keçirən kommersiya təşkilatları, həm də Təhsil Nazirliyinin vəzifəli şəxsləri çox ciddi qanun pozuntularına yol veriblər:

«Bununla bağlı başlanmış üç cinayət işinin istintaqı davam etdirilir. Eyni zamanda tikinti zamanı yol verilmiş qanun pozuntularının aradan qaldırılması üçün Təhsil Nazirliyinə mənim tərəfimdən müvafiq təqdimat göndərilib». /apa/
XS
SM
MD
LG