Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:44

Daşqından zərərçəkənlər rüşvət istənildiyini iddia edir


Sabirabad. Daşqından əziyyət çəkən sakin
Sabirabad. Daşqından əziyyət çəkən sakin
Belə bir iddianı səsləndirənlər Sabirabad rayonunun Balahəşimxanlı kəndinin bir qrup sakinidir. Demələrinə görə, evlərinin yenidən tikilməsi və təmirinə görə kənd icra nümayəndəliyi onların hər birindən 2500-3000 manat rüşvət tələb edir:

“Bəzilərimizdən bu pulu alıblar. Lakin əksəriyyətimiz bu qədər pulu vermədiyimizə görə evlərimiz tikilməyib və bizə heç bir yardım verilməyib. Daşqınlardan sonra qəzalı vəziyyətə düşən evlərimizin təmir- tikintisi üçün ötən 16 ayda heç bir iş görülməyib. Əksəriyyətimiz bir manat olsun belə kompensasiya almayıb” –deyə sakinlərin müraciətində bildirilir.

Balahəşimxanlı kənd icra nüməyəndəsi Namid Qurbanov isə kənd sakinlərinin iddialarının əsassız olduğunu deyir:

“Gəlsinlər üz-üzə duraq görək kimdən pul istəmişik, necə istəmişik. Şantaj eləməyə nə var ki. İcra nümayəndəliyi ev tikən təşkilatdır ki. Biz ev tikirik bəyəm? Evləri Fövqəladə Hallar Nazirliyi tikir

“Kür” Vətəndaş Cəmiyyətin koordinatoru Oqtay Güləlıyev AzadlıqRadiosuna daşqın bölgəsindən indiyə qədər bir neçə dəfə belə məlumatlar aldıqlarını, hamısını da Prezident Administrasiyası və Baş Prokurorluğa göndərdiklərini deyir.

Sakinlərindən aldığımız məlumata görə, Balahəşimxanlı kəndində daşqınlardan 200-ə yaxın ev ziyan çəkib. İndiyə qədər kənddə 50-yə yaxın ev tikilib, 40-dan çox evdə bərpa-bərkitmə, 100-ə yaxın evdə isə təmir işlərinin aparılması qərara alınıb, amma hələ heç bir iş görülməyib.

Kür daşqınları 2011-cu ilin mayından başlayıb və bir neçə ay davam edib.
Dəyən ziyanın aradan qaldırılmasına büdcədən 300 milyon manatdan çox vəsait ayrılıb.
XS
SM
MD
LG