Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:16

Türkmənistanda tək bir yataqda 26 trilyon kub metr qaz var


Britaniya şirkəti “Gaffney, Cline and Associates” bildirib ki, Türkmənistanın Cənubi Yolotan-Osman qaz yatağında ikinci auditi aparıb və nəticələrə görə, bu yataqda 26 trilyon kub metrə kimi qaz var.

Bu yataq dünyada ikinci ən böyük yataqdır.

Britaniya şirkətinin nümayəndəsi Gillet bildirib ki, yataqda qazın miqdarının minimal, optimal və maksimal hədləri müəyyən olunub.

Minimal həcm 13 trilyon kub metrdir.

Yaxınlqdakı Yaşar yatağında isə 1,45 trilyondan 5 trilyon kub metrə qədər qaz var.

Gillet deyib: “Bu iki yataqla Türkmənistan eyni vaxtda Rusiyanı, İranı, Çini, Hindistanı və Avropanı təchiz edə bilər”.
XS
SM
MD
LG